Filippində “Melor” qasırğası üç nəfərin ölümünə səbəb olub

Filippində “Melor” qasırğası üç nəfərin ölümünə səbəb olub
14:18 15 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Manila, 15 dekabr, AZƏRTAC 
Dekabrın 14-də Filippinə çatan “Melor” qasırğası üç nəfərin ölümünə səbəb olub, milyonlarla insan elektrik enerjisiz qalıb.
Həlak olanlardan biri havanın kəskin soyuması nəticəsində, digər iki nəfər isə ölkənin şimal-şərqində yerləşən Samar əyalətində boğularaq ölüblər.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, 1,2 milyon əhalinin yaşadığı Albay əyaləti bütünlüklə elektrik enerjisiz qalıb.
Xatırladaq ki, dekabrın 14-də yüksək səviyyəli qasırğa xəbərdarlığı edən Filippin hakimiyyət orqanları “Melor” qasırğası yaxınlaşdığına görə sahildə yerləşən Albay və Sorsoqon əyalətlərindən 725 min sakini təxliyyə edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Manila

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Filippinde_Melor_qasirgasi_uch_neferin_olumune_sebeb_olub-911351

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR