Dünyanı silkələyən 1 milyon barrel: Neft 20 dollara da düşə bilər

Dünyanı silkələyən 1 milyon barrel: Neft 20 dollara da düşə bilər
14:18 15 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Fikrət Yusifov

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,
İqtisad elmləri doktoru, professor

2015-ci ilin başa çatmasına saylı günlər qalır. Sözsüz, dünya çox ağır bir il yaşadı. Olduqca mürəkkəb geosiyasi və geoiqtisadi proseslər müşahidə olundu, dünya güclərinin nüfuz savaşı kifayət qədər sərt şəkil aldı... Mənzərə tam çılpaqlığı ilə göz önündə olduğundan ilin yekunları barədə danışmaq, müəyyən dəyərləndirmələr aparmaq o qədər də çətin deyil. Lakin bununla belə, müşahidə etdiyimiz proseslərin haradan və nədən qaynaqlandığını oxuculara daha aydın şəkildə izah etmək zərurətindən çıxış edərək 2015-ci ilin “üzərində” müəyyən gəzişmələr aparıb hadisələrin mahiyyətini bir qədər qabarıq şəkildə ortaya qoymaq niyyətindəyik.

***

Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşmasının iqtisadiyyatla heç bir bağlılığı olmadığını və bunun mahiyyət etubarı ilə siyasi çalarlara söykəndiyini ötən yazılarımızda dəfələrlə qeyd etmişik. Lakin görünən budur ki, bəzi iqtisadçılar hələ də məsələnin kökünü dərindən araşdırmadan hadisələrə birtərəfli yanaşır, primitiv mülahizələrə üstünlük verir və bəzi hallarda bir qədər də irəli gedərək, neftin qiymətində baş verən dəyişikliklərdən dolayı gəlirlərimizin azalmasını Azərbaycan hökumətinin məsuliyyəti kimi təqdim etməyə çalışırlar. Belə gülünc iddialar şübhəsiz ki, siyasi maraqlardan və qərəzli münasibətdən irəli gəlir və bu cür düşüncə tərzinin daşıyıcılarından obyektiv təhlil və qiymətləndirmə gözləmək yersizdir...

***

Dünyanı yenidən bölüşdürmək uğrunda 2011-ci ildən başlayan və getdikcə daha da şiddətlənən savaş hazırda özünün kulminasiya nöqtəsinə yaxınlaşıb və bu da təkcə hansısa region üçün deyil, bütövlükdə bəşəriyyət üçün böyük bir fəlakət vəd edir. Dünyanın hansı ağır mərhələyə qədəm qoyduğunu görmək üçün bu gün ABŞ-ın dirijorluğu ilə idarə olunan oyunların gedişatını sadəcə kənardan izləmək də kifayətdir. Əslində bu oyunların təməli çoxdan - Sovetlər Birliyinin çökdürülməsi əməliyyatları ilə qoyulub. Dünyada iki nəhəng gücdən birinə çevrilmiş Sovetlər Birliyinin gec-tez çökdürülməsi ABŞ xarici siyasətinin ana xəttini təşkil edirdi. İllərlə bu məsələnin həllinin “səmərəli” yolları axtarıldı və nəticədə neft amilindən istifadə etmək variantına üstünlük verildi. Sovetlər Birliyinin iqtisadiyyatını və maliyyə sistemini çökdürmək üçün dövləti ilk növbədə möhkəm valyuta gəlirlərindən məhrum etmək lazım idi. Bu məqsədlə ABŞ əvvəlcə Avropa ölkələrinin SSRİ-dən aldığı qazın həcminə onların tələbatının 30%-ni keçməyən kvotanın qoyulmasına, bunun ardınca Səudiyyə Ərəbistanı vasitəsilə neftin hasilatını artırmaq yolu ilə onun qiymətlərini kəskin şəkildə aşağı salınmasına nail oldu. ABŞ-ın xüsusi xidmət orqanları bankları və başqa özəl qurumları Sovetlər Birliyi ilə əməkdaşlığa son qoymağa, bu ölkədə hər hansı sahəyə subsidiyaların və kreditlərin verilməsini dayandırmağa səslədi. Maliyyə qurumları arasında belə təbliğat aparılırdı ki, SSRİ-i kreditləri geri qaytarmaq imkanlarını itirir və bu dövlətin valyuta gəlirləri kritik azalır. Həmin dövrdə SSRİ-nin valyuta gəlirlərinin 80%-i neft və qaz, silah və qızıl satışından əldə olunurdu. Təkcə neft və qaz satışından daxil olan valyuta ümumi valyuta gəlirlərinin 66%-ni təşkil edirdi. O dövrdə neftin qiymətlərinin bir dollar aşağı düşməsi Sovetlər Birliyinin 1 milyard dollara qədər gəlirdən məhrum edilməsi demək idi. Bundan başqa, Amerika SSRİ-ni mənasız bir müharibəyə də sürükləyə bildi. “Beynəlmiləlçilik borcu” adı altına Əfqanıstana girən Sovet İttifaqı bu müharibədə milyardlarla dollar itirdi. Bu reallıqları dəqiq hesablayan Vaşinqton SSRİ-yə qarşı hazırladığı planı reallaşdırmağa müvəffəq oldu, nəticədə nəhəng siyasi və iqtisadi sistem darmadağın edildi. Bu, əslində planın birinci mərhələsi idi.

***

ABŞ dünyaya ağalıq etmək və tək hökmranlığı təmin etmək kimi bəşəriyyət üçün təhlükəli bir planın icrası istiqamətində addımlarını davam etdirir və indi bütün dünya bu planın ikinci mərhələsinin ağır məziyyətlərini hiss etməkdədir. Gəlin əvvəlcə hadisələrin ardıcıllığına baxaq. Sovetlər Birliyi məlum yolla çökdürülür, ardınca Yuqoslaviya dağıdılır... “Ərəb baharı” adı altında yaxın şərqdə inqilablara start verilir... Rusiya isə Qərbin başının bu işlərə qarışdığı dönəmdə yaranmış fürsətdən məharətlə istifadə edir - neftin yüksək qiymətlərinin dünya bazarlarında tüğyan etdiyi bir dövrdə hərbi qüdrətini əsaslı şəkildə artırır. Ancaq bu, ABŞ-ın baş planını dəyişdirmir. SSRİ-nin çökdürülməsində yararlı olmuş vasitələrdən bu dəfə Rusiyaya qarşı istifadə edilir. Lakin bu dəfə daha geniş masştabda... Yeni ssenaridə Rusiyanın çökdürülməsi təkcə neftin qiymətlərinin kəskin şəkildə aşağı salınması və bununla onu mühüm valyuta gəlirlərindən məhrum edilməsi yolu əsas xətt kimi nəzərdə tutulmur. Rusiya ciddi xərclər tələb edən və SSRİ ilə müqayisədə daha çox münaqişələrə cəlb edilməklə zəiflədilir. Baxın, nə baş verir? İqtisadiyyatı acınacaqlı vəziyyətdə olan Rusiya Krımın və şərqi Ukraynanın problemlərinin həllinə və şərqi Ukraynada aparılan hərbi əməliyyatlara böyük məbləğdə vəsait xərcləmək zorundadır. Digər tərəfdən, onun Suriyaya hərbi müdaxiləsi ciddi xərclərlə müşayət olunur. Ardınca Türkiyə ilə münasibətlər kəskinləşir və bu ölkə ilə bütün siyasi və iqtisadi əlaqələr kəsilir. Türküyənin İraqın ikinci şəhəri Mosula qoşun yeritməsinə də Rusiya biganə qalmayıb. Aydındır ki, Rusiya üçün bir cəbhə də burada açılır. Çünki İraqda Rusiyanın həm də iqtisadi maraqları var. Rusiya şirkətləri İraqda neft hasilatı sahəsinə ciddi yatırımlar edirlər. Və nəhayət bütün bu olayların yaşandığı bir dönəmdə neftin bir barrelinin qiyməti onsuz da ürəkaçan olmayan məzənnədən - 50 dollardan 38 dollara enir. Bu isə Rusiya üçün nəfəsliyin bir qədər də daralması deməkdir...

***

Əslində ABŞ neftin qiymətini bir neçə gün ərzində 20 dollardan da aşağı sala bilər. Bunun üçün yetər ki, o yenə də öz müttəfiqi Səudiyyə Ərəbistanından hasilatı bir qədər də artırmağı “xahiş etsin”, ya da prezident Obama ABŞ-dan neft ixracına qadağanı götürsün. Burada bir məqamə xüsusilə qeyd etmək lazımdır ki, həqiqət hər kəsə tam şəkildə aydın olsun: Neftin qiymətlərinin bu şəkildə aşağı düşməsinin səbəbi bu gün bazarın tələbatından artıq olan bir milyon barrel hasilatdır. Bazarın tələbatından bu qədər artıq olan neftin gündəlik hasilatının yuxarıda göstərdiyimiz hər hansı bir yolla əlavə olaraq 0,5 – 1,0 milyon barel artırılması isə onun qiymətlərini ABŞ-ın nəzərdə tutduğu həddə qədər endirəcəkdir. İran neftinə Qərbin yaşıl işıq yandırması da elə bu məqsədi reallaşdırmağa hesablanıb.

***

Göründüyü kimi, neftin qiyməti ətrafında əslində siyasi oyunlar gedir. Bəli, bu oyunların nəticəsi olaraq Azərbaycan da ötən illərdə neftin qiymətlərinin yüksək olması hesabına əldə etdiyi mənfəətin bir qismindən məhrum olacaq. Lakin bunu heç kim faciəyə çevirməsin. Bu gün əsl faciəni yaşayanlar ərəblərdir. Öz ölkələrindən rezin qayıqlarla qaçmaq istəyən, vətənlərini viran qoymuş ölkələrdən sığınacaq uman, sərhəd keçid məntəqələrində təhqir olunan, qayıqları batırılan və nəhayət qan gölündə boğulan ərəblərin halını, gününü görüb necə deyə bilərik ki, gəlirlərimizin azalması əsl faciədir? Dünyanın az qala yarısının yeməyə çörək tapmadığı, müsəlman ölkələrinin yerlə yeksan edildiyi bir dönəmdə biz firavan həyatımıza görə niyə şükr etməyək? Dünyanın başının üzərini qara buludlar aldığı bir vaxtda biz gəlirlərimizin azalmasını necə özümüzə dərd edə bilərik? Dəfələrlə demişik, bir daha təkrar edirik: Neftin qiymətlərinin aşağı düşməsi faktını əlində “bayraq” edib, “sosial gərginlik artacaq”, “əmək haqlarında və pensiya ödənişlərində gecikmələr baş verəcək” və s. kimi çağrışlarla insanları çaşdıranlar zəhmət çəkib Azərbaycanın 2016-cı il dövlət büdcəsinin gəlirlərinin və xərclərinin strukturuna bir də baxsınlar. Büdcənin mədaxili neft gəlirləri nəzərə alınmasa belə sosial xərcləri artıqlaması ilə maliyyələşdirməyə yetirsə, bu hay-küy kimə lazımdır? Və nəhayət, bu gün dünyada gedən çirkin siyasi oyunlar şəraitində Azərbaycandakı ictimai-siyasi və sosial-iqtisadi sabitliyi vətəndaş olan hər kəs dəyərləndirməyə borcludur.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Pəhrizdə olanlar üçün ləzzətli içki

24 İyul 2017 14:45

Nişanlısının bakirəliyini pozdu, qeyri-təbii yolla cinsi əlaqədə oldu, sonra... - Oğuzda ŞOK HADİSƏ

24 İyul 2017 14:43

"Söyürlər, sakit dururuq" - Təcili yardıma maneə törədənlər cərimələnəcək - VİDEO - FOTO

24 İyul 2017 14:42

Bakıda “Dəniz kuboku-2017” beynəlxalq müsabiqəsinin ilkin təlimatı və hakimlər kollegiyasının iclası keçirilib

24 İyul 2017 14:42

Bakıda Ukrayna Ticarət Evinin açılması məsələsi payızda müzakirə olunacaq

24 İyul 2017 14:42

"ASAN kommunal"da yeni xidmət pəncərəsi açılıb

24 İyul 2017 14:42

9 və 12 yaşlı iki qardaş Xəzərdə boğulub

24 İyul 2017 14:38

Ermənistanda intiharların sayı 5 dəfə artıb

24 İyul 2017 14:37

Bakı Ali Neft Məktəbinin 20 tələbəsi Türkiyədə "Petkim" və STAR-da təcrübə keçir

24 İyul 2017 14:37

Türk iş adamları Azərbaycan və Gürcüstanda fındıq bağları alır

24 İyul 2017 14:37

Venqer: "PSG buna görə Neymara maraq göstərməyə başladı"

24 İyul 2017 14:37

“Google Play” mağazasında 400 əlavə yeni virusa yoluxub

24 İyul 2017 14:35

İki azyaşlı qardaş dənizdə boğuldu

24 İyul 2017 14:34

Emin Ağalarov iddialara cavab verməkdən boyun qaçırır -

24 İyul 2017 14:33

"Bülənt Ərsoyu sevməsəm, saqqallı fotolarını yayardım" - VİDEO

24 İyul 2017 14:32

Binəqədidə yaşayış binasında yanğın

24 İyul 2017 14:32

Sevdanın geyimi plagiat çıxdı

24 İyul 2017 14:32

Azərbaycanda 12 rayonun bələdiyyə xəritələri hazırlanır

24 İyul 2017 14:27

Pakistanın Ticarət Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfərə gələcək

24 İyul 2017 14:22

Kıvanç Tatlıtuğun rədd etdiyi kainat gözəli ƏRƏ GEDİR

24 İyul 2017 14:18

Gürcüstan "Şahdəniz" hesabına 2 mlrd. dollar investisiya cəlb edib

24 İyul 2017 14:17

Cahangir Hacıyev kassasiya şikayəti verdi

24 İyul 2017 14:17

"Yuventus"dan 40 milyonluq transfer

24 İyul 2017 14:17

Əli İnsanov ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürüldü

24 İyul 2017 14:17

Akif Çovdarovun məhkəməsində sənədlərin tədqiqinə başlanıldı

24 İyul 2017 14:17

"McDonalds"da müştərilər bıçaqlı hücuma məruz qaldı

24 İyul 2017 14:17

Azsaylı xalqların uşaqları üçün məktəbəhazırlıq qruplarının tədris planı təsdiq edilib

24 İyul 2017 14:12

"Lukaku və Morata eyni səviyyədə olan futbolçulardır"

24 İyul 2017 14:12

İran və İraq razılığa gəldi -

24 İyul 2017 14:12

Orta əsrlərdə yaşayan gəncin həyatından son görüntülər - FOTOLAR

24 İyul 2017 14:08

Evi olmayanların nəzərinə: Kateqoriyalar genişləndirildi

24 İyul 2017 14:05

Xatirənin makiyajsız FOTOsu

24 İyul 2017 14:05

Rüşvət alan baş həkimə HÖKM OXUNDU

24 İyul 2017 14:03

İran denominasiyaya hazırlaşır

24 İyul 2017 13:57

"O evə qayıtmayacam" - Oğlu ilə itkin düşən Xanım - VİDEO

24 İyul 2017 13:57

Azərbaycanda səsi olmayan müğənni kimdir?

24 İyul 2017 13:54

“Mcdonalds”da dəhşətli anlar yaşandı - VİDEO

24 İyul 2017 13:53

Yay mövsümü başlayandan günvurmadan təcili yardıma 50 nəfər müraciət edib

24 İyul 2017 13:52

Azərbaycan yığmasının heyəti açıqlandı

24 İyul 2017 13:47

Bakı-Astara yolu inanılmaz durumda - VİDEO

24 İyul 2017 13:42

OPEC bu il ABŞ-ın neft hasilatçıları danışıqlara başlaya bilər

24 İyul 2017 13:42

Narkoloji disponserin rüşvət almaqda təqsirləndirilən sabiq baş həkim azadlığa buraxılıb

24 İyul 2017 13:42

Ölən müğənni haqda "Narkotik istifadəçisi idi" iddialarına CAVAB - VİDEO

24 İyul 2017 13:42

Bu şəxslər də güzəştli mənzil əldə edə biləcəklər - YENİLİK

24 İyul 2017 13:39

Bu adamın ayaqları hər kəsi şoka salır

24 İyul 2017 13:38

Hansı oyun, hansı kanalda?

24 İyul 2017 13:37

Bu il Azərbaycanda 442,8 min nəfər sosial müavinətlə təmin olunub

24 İyul 2017 13:37

Niyə şəkil çəkdirəndə insanlar əllərini bir-birinin çiyninə qoyurdular? - FOTOLAR

24 İyul 2017 13:33

Kimisi xaricdə, kimisi isə bağ evində...

24 İyul 2017 13:33

"Selena"nın Leylası nişanlandı - FOTOlar

24 İyul 2017 13:32