Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Şimal” ES-də ikinci 409 meqavatlıq enerji blokunun tikintisi aparılır

“Şimal” ES-də ikinci 409 meqavatlıq enerji blokunun tikintisi aparılır

Date: 15 December 2015 14:23


Bakı, 15 dekabr, AZƏRTAC
"Şimal" Elektrik Stansiyasının inkişaf proqramı müvəffəqiyyətlə davam etdirilir. Müəssisədə sayca ikinci 409 meqavatlıq enerji blokunun tikintisi aparılır.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, “Şimal” ES-də bu ilin ötən 11 ayında texniki iqtisadi göstəricilər yüksək olub. Bu dövrdə istehsal 1 milyard 975,6 milyon kilovat-saata yaxın olub. Noyabr ayında isə 51,6 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib.
Avadanlığın iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr qazanılıb.

Tags:  Şimal ES-də ikinci 409 meqavatlıq enerji blokunun tikintisi aparılır


RƏYLƏR


Top news