Rusiyada yaşayan azərbaycanlı iş adamı və müğənni Emin yeni telekanal açır.
Axşam.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, telekanal “Tvoy dom” (“Sənin evin”) adlanır. Kanal Araz Ağalarova və oğluna aid olan “Crocus Group”un tərkibinə daxildir.
“Tvoy dom” peyk və kabel vasitəsiylə yayımlanacaq. Telekanalın digər ortağı isə “Rus mediaqrupun” rəhbəri Sergey Kojevnikovdur.