Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kübra Əliyeva xəstəliyindən danışdı

Kübra Əliyeva xəstəliyindən danışdı

Date: 15 December 2015 14:27

Allah məni onlardan, onları da məndən ayırmasın.
 
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Kübra Əliyeva sənətdən uzaq düşməsi haqda danışarkən deyib. O, səhhətindəki problemlərə görə sənət fəaliyyətinə vaxt ayıra bilmədiyini bildirib:
 
"Uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkirəm və Milli Onkologiya Mərkəzində müalicə olunuram. Şükür ki, indi yaxşıyam. Amma tam sağalmaq üçün mütəmadi olaraq çalışmalı, daim həkim nəzarətində olmalıyam.
 
Səhhətimdəki ciddi problemlərə görə sənətimlə məşğul olmağa vaxtım və halım olmur. Sənətdən çox, övladlarımın mənə ehtiyacı olduğunu düşünürəm. Allah məni onlardan, onları da məndən ayırmasın".

Milli.Az


Tags:  Kübra Əliyeva xəstəliyindən danışdı


RƏYLƏR


Top news