“Mədəniyyətimizin təbliğində informasiyanın rolu” mövzusunda seminar keçirilib

“Mədəniyyətimizin təbliğində informasiyanın rolu” mövzusunda seminar keçirilib
14:28 15 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC
Dekabrın 15-də Beynəlxalq Mədəniyyət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə mədəniyyət sahəsində ixtisaslaşmış jurnalistlər üçün “Mədəniyyətimizin təbliğində informasiyanın rolu” mövzusunda seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev rəhbərlik etdiyi qurumun son aylarda gördüyü işlərdən söz açıb. Bildirib ki, son aylarda Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi bir sıra fərqli və maraqlı layihələrə imza atıb, gənclərin mədəni proseslərə cəlb olunması, mədəniyyət ocaqlarının daha yaxından tanınması üçün mühüm işlər görüb. Asif Usubəliyev müasir informasiya dövründə mədəniyyətimizin təbliğində medianın mühüm rolu olduğunu bildirib.
Seminar tədbirə qatılmış media mənsublarının müzakirələri ilə davam etdirilib. Çıxışçılar mərkəzlə əməkdaşlıq əsas müzakirə mövzusu olub.
Sonda mərkəzi tərəfindən keçirilən tədbirlərin işıqlandırılmasında, mədəniyyətimizin təbliğatı istiqamətində görülən işlər haqqında geniş ictimaiyyətin informasiya ilə təmin edilməsində göstərdiyi dəstəyə görə bir sıra TV-lərə, informasiya orqanlarına, qəzet redaksiyalarına və saytlara fəxri diplomları təqdim olunub.
Mükafata layiq görülənlər arasında AZƏRTAC-ın da adı vardır.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Medeniyyetimizin_tebliginde_informasiyanin_rolu_movzusunda_seminar_kechirilib-911353

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR