İntizam Komitəsi cəzaları açıqladı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İclasda klublarıın cəzaları açıqlanıb:

- 11 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XVI turunun “Kəpəz” – “Rəvan” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

- 13 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XVI turunun “Qəbələ” – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

- 11 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XVI turunun “Qəbələ” – “Neftçi” matçında “Qəbələ” klubunun 4, “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunur (maddə 40).

- 13 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XII turunun “Şəmkir” – “Şərurspor” matçında “Şərurspor” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40). Oyunun 89-cu dəqiqəsində “Şəmkir” klubunun 5 №-li futbolçusu Elmin Həsənov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

- 13 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XII turunun “Turan Tovuz” – MOİK matçında MOİK klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40). Oyunun 90+1-ci dəqiqəsində “Turan Tovuz” klubunun 6 №-li futbolçusu Sənan Qocayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

- 13 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XII turunun “Mil-Muğan” – “Göyəzən” matçında “Göyəzən” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40). Oyunun 80-ci dəqiqəsində “Göyəzən” klubunun 10 №-li futbolçusu Arzuman Vəliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48). Oyunun 86-cı dəqiqəsində “Göyəzən” klubunun 9 №-li futbolçusu Fazil Vəliyev azarkeşləri təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 42.1).

- 14 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XII turunun “Zaqatala” – “Qaradağ-Lökbatan” matçının 56-cı dəqiqəsində “Zaqatala” klubunun 10 №-li futbolçusu Arzuman Nəsibov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR