“Ömrün 70 ili” adlı rəsm sərgisi açılıb

14:33 15 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda tanınmış rəssam Xanlar Məmmədovun “Ömrün 70 ili” adlı rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi ilə Rəssamlar İttifaqının birgə təşkilatçılığı nəticəsində reallaşıb.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov çıxış edərək sərginin əhəmiyyətindən söz açıb. Xalq Rəssamı qeyd edib ki, sərgiyə təqdim edilən sənət əsərlərində təbiət, mənzərə, güllər, ilin fəsilləri, müxtəlif fəlsəfi yanaşma və emosional hisslərin rənglərlə ifadəsi öz əksini tapıb.
Vurğulanıb ki, sərgidə sənətkarın 100-dək müxtəlif mövzulu sənət əsərləri nümayiş olunur.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Sərgi bir həftə davam edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Omrun_70_ili_adli_resm_sergisi_achilib-911355

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR