Azercell-in ekspres ofisləri indi daha müasir və rahat

14:38 15 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Fəaliyyətinin 19-cu ildönümünü qeyd edən ölkənin telekommunikasiya bazarının lideri Azercell Telekom müştərilərinə operativ və keyfiyyətli xidmət göstərməsi istiqamətində növbəti yenilik tətbiq edib. Şirkətdən Trend-ə verilən məlumata görə, şirkət ötən həftə keçirilmiş BakuTel 2015 beynəlxalq sərgisindəki stendində təqdim edilən və ziyarətçilərin marağına səbəb olan tam yeni konsepsiyalı ilk Azercell Ekspres ofisini abunəçilərinin ixtiyarına buraxdı.

Yeni AzEks ofislərində abunəçilərin özlərini daha rahat və sərbəst hiss etməsi üçün hər cür şərait yaradılıb. İstər dizaynda istifadə olunan yeni yanaşma, istərsə də, mobil telekoma aid yeniliklərlə detallı tanışlıq üçün açıq sahələrə yerləşdirlən cihazlar müştərilərin rahatlığına yönəlib. Qeyd edilən cihazlar və telefon aksessuarlarından müştərilərimiz yerində test edərək öz seçimlərini edə biləcəklər. Eyni zamanda, həmişə olduğu kimi müştərilərin tam rahatlığı üçün bütün mobil cihazların seçimində tam bələdçilik birbaşa Azercell-in peşəkar əməkdaşları tərəfindən təqdim ediləcək. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. Yeni konsepsiyalı ilk AzEks ofisi dekabrin 14-dəт Bakı şəhəri , 28 may küçəsi 33 ünvanında abunəçilər üçün açıqdır.
Xatırladaq ki, məhz Azercell Telekom 2004-cü il avqustun 27-də Bakıda ilk Azercell Ekspres ofisini istifadəyə verməklə, MDB dövlətləri arasında öz abunəçilərinə bir nöqtədə üç xidmət konsepsiyasını təqdim edən ilk şirkət olmuşdu.
Öz şəbəkəsini və əhatə dairəsini daim genişləndirən Azercell-in hal-hazırda Bakıda 15, regionlarda isə 35 Ekspres Ofisi fəaliyyət göstərir. Bundan əlavə Azercell-in Bakı şəhərində 4, bölgələrdə isə 6 Müştəri Xidməti Mərkəzi mövcuddur. Ümumillikdə isə Azərbaycan üzrə Ekspes ofislərinin sayı 50-yə çatıb. Əlavə olaraq onu da nəzərinizə çatdıraq ki, Asan-1, Asan-2, Asan-3 Xidmət Mərkəzləri və Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Xidmət Mərkəzlərində də Azercell şirkətinin müştəri xidmətləri fəaliyyət göstərir.
Abunəçilərinin operativ və keyfiyyətli xidmətdən istifadəsini təmin etmək üçün Azercell bütün ölkə boyu yeni konsepsiyalı Ekspres ofislərinin sayını artırmaqda davam edəcək.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48,2% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2469767.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR