Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Şah Qacar” müzakirəyə çıxarılacaq

“Şah Qacar” müzakirəyə çıxarılacaq

Ombudsmanın 2016-cı il üzrə illik məruzəsi Milli Məclisə təqdim olunub (24 Fevral 2017 17:12)

Tarix: 15 Dekabr 2015 14:38


Bakı, 15 dekabr, AZƏRTAC
Dekabrın 16-da yazıçı-dramaturq Əli Əmirlinin "Şah Qacar" əsəri əsasında səhnələşdirilən tamaşa Bakıda fəaliyyət göstərən Ankara liseyinin müəllim və şagird heyətinin müzakirəsinə çıxarılacaq.
Bu barədə AZƏRTAC-a Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətindən bildirilib.
Tamaşanın müzakirəsi "Məktəb və Teatr" layihəsi çərçivəsində baş tutacaq. Müzakirələrdə, həmçinin tamaşanın yaradıcı heyəti - quruluşçu rejissor, Xalq Artisti Azərpaşa Nemətov, müəllif Əli Əmirli, əsas obrazların ifaçıları - Xalq artistləri Fuad Poladov, Laləzar Mustafayeva, Əməkdar Artist Sabir Məmmədov və başqaları iştirak edəcək.
Qeyd edək ki, tamaşa bir müddət əvvəl Milli Dram Teatrının səhnəsində nümayiş olunub.

Teqlər:  Şah Qacar müzakirəyə çıxarılacaq



RƏYLƏR


Top xəbərlər