Oqtay Əsədova qara kəmər verildi

Oqtay Əsədova qara kəmər verildi
14:42 15 Dekabr 2015
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Ümumdünya Şotokan Karate Federasiyasının (WSKF) baş təlimatçısı Hitoşi Kasuya Bakıda səfərdədir. 

Milli.Az modern.az-a istinadən xəbər verir ki, yaponiyalı idmançı bu gün Azərbaycan Milli Məclisində də olub. Milli Məclisin sədri Oqtay Əsədov və parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradovla keçirilən görüşdə Hitoshi Kasuya Azərbaycanda idmana göstərilən diqqətdən danışıb.

Görüşün sonunda Ümumdünya Şotokan Karate Federasiyasının (WSKF) baş təlimatçısı Hitoşi Kasuya Azərbaycan parlamentinin sədri Oqtay Əsədova fəxri 5-ci dan qara kəmər, Gənclər və idman komitəsinin sədri Fuad Muradova isə fəxri 3-cü dan qara kəmər verib.

Bu zaman onların idmana göstərdikləri diqqət önə çəkilib.

Qeyd edək ki, dünyanın əksər yerlərində peşəkar idmançı olmayanlara idmana göstərdikləri diqqət və qayğıya görə fəxri olaraq qara kəmər verilir.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/390437.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR