Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Tofiq Bakıxanovun 85 illiyinə həsr olunmuş festival çərçivəsində elmi konfrans

Tofiq Bakıxanovun 85 illiyinə həsr olunmuş festival çərçivəsində elmi konfrans

Date: 15 December 2015 14:43


Bakı, 15 dekabr, AZƏRTAC
Dekabrın 15-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) görkəmli bəstəkar, Xalq Artisti, professor Tofiq Bakıxanovun 85 illiyinə həsr olunmuş festival çərçivəsində elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, ABİ-nin sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə çıxış edərək Tofiq Bakıxanovun yaradıcılığına həsr olunmuş festival barədə məlumat verib. Bildirib ki, festival çərçivəsində bir çox konsertlər təşkil edilib.
Bəstəkarın yaradıcılığından söhbət açan F.Əlizadə qeyd edib ki, Azərbaycan musiqi mədəniyyətinin formalaşmasında T.Bakıxanovun əvəzsiz xidmətləri vardır.
Vurğulanıb ki, 1930-cu ildə Xalq Artisti Əhmədağa Bakıxanovun ailəsində dünyaya göz açmış Tofiq Bakıxanov mükəmməl musiqi təhsili alıb, Azərbaycan və dünya klassik musiqi ənənələrini mənimsəyib. İstər gəncliyində, istərsə də ömrünün ixtiyar çağlarında musiqimizi dünyanın bir çox ölkələrində təbliğ edib. Hələ erkən gənclik illərində skripka ifaçısı kimi də tanınan böyük sənətkar yorulmadan bir çox səhnə əsərlərinə musiqi yazıb, baletlər, simfonik əsərlər, simfonik muğamlar, çoxlu sayda kamera-instrumental və kamera-vokal əsərləri, mahnılar, romanslar bəstələyib.
Qeyd edilib ki, Tofiq Bakıxanovun musiqiləri təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə səslənir.
Daha sonra Əməkdar İncəsənət xadimləri Zemfira Qafarova, İmruz Əfəndiyeva, Telman Hacıyev və başqalarının görkəmli bəstəkarın yaradıcılığı barədə məruzələri dinlənilib.

Tags:  Tofiq Bakıxanovun 85 illiyinə həsr olunmuş festival çərçivəsində elmi konfrans



RƏYLƏR


Top news