Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nigeriyada şiələrə hücum: 300 ölü

Nigeriyada şiələrə hücum: 300 ölü

Date: 15 December 2015 14:47

Nigeriya əsgərləri Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəkinin oğlu Səid İbrahim Zəkzəkini öldürüblər.

Milli.Az deyerler.org-a istinadən xəbər verir ki, Nigeriya İslam Hərəkatının media forumunun rəhbəri İbrahim Musa Nigeriya ordusunun ölkənin Əhli-Beyt (ə) davamçılarına hücumu ilə bağlı bəyanat verib. "İslam Hərəkatının üzvləri ilə yanaşı hərəkatın aparıcı simaları, o cümlədən Kano Mərkəzinin lideri əsgərlər tərəfindən şəhid edilib. Onlar arasında Şeyx Muhəmməd Turi, Dr. Mustafa Səid, Malamya İbrahim Usman və bacısı Jummai Gilima da var. Həmçinin İslam Hərəkatının liderinin oğlu Səid Əli Zəkzəki, xanımı Malama Zinət İbrahim də əsgələrin hücumu zamanı öldürülüblər. Şeyx İbrahim əl-Zəkzəki isə həbs edilib".

Bəyanatda bildirilib ki, Nigeriya ordusu hərəkatın qərargahını blokadaya aldıqdan sonra, heç kəsə fərq qoymadan ağır hərbi silahlarla vəhşicəsinə Əhli-Beyt (ə) ardıcıllarına qarşı hücum ediblər. Ümumilikdə 300-ə qədər Əhli-beyt (ə) davamçısı şəhid edilib.

Əsgərlərin daha sonra İslam Hərəkatının Gyallesu məntəqəsindəki iqamətgahını atəşə tutduğu bildirilib. Bundan başqa Bəqiyyətullah Hüseyniyəsində də xeyli sayda silahsız insanların qətlə yetirildiyi bəyanatda qeyd olunub.
 

Milli.Az


Tags:  Nigeriyada şiələrə hücum 300 ölü


RƏYLƏR


Top news