Məhşur Azərbaycan futbolçusu tutuldu

Məhşur Azərbaycan futbolçusu tutuldu
14:56 15 Dekabr 2015
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda məşhur futbolçu saxlanılıb. O, külli miqdarda pul mənimsəməkdə ittiham edilir.

Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, Maşallah Əhmədov barəsində Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət məcəlləsinin 178.3.2-ci (Dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

M. Əhmədov paytaxt sakini Fəqan Cəfərovdan 2012-ci ildə 72 min manat dəyərində üzlük piltə, Yusif Əzizov adlı şəxsdən 105 min manat dəyərində mərmər daşı götürüb pulunu ödəməməkdə, daha bir vətəndaşdan isə oğlunu işə düzəltmək adı ilə 15 min manat alıb geri qaytarmamaqda ittiham edilir.

Onun vətəndaşlara vurduğu maddi zərərin ümumi məbləği 192 min manatdır.

Veteran futbolçu barəsində hələlik həbs qətimkan tədbiri seçilməyib.

Onun başqa vətəndaşlara qarşı da belə bir addım atıb-atmadığı hazırda araşdırılır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=367325

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR