Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Fövqəladə Hallar Nazirliyi ilə Fransanın müvafiq qurumları arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Fövqəladə Hallar Nazirliyi ilə Fransanın müvafiq qurumları arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Date: 15 December 2015 14:58


Bakı, 15 dekabr, AZƏRTAC
Dekabrın 15-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri xanım Orelia Buşez ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Kəmaləddin Heydərov Fransanın ölkəmizdəki diplomatik nümayəndəliyinin rəhbəri təyin olunması münasibətilə xanım Orelia Buşezi təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Nazir Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər barədə səfirə ətraflı məlumat verib.
Görüşə görə təşəkkürünü bildirən xanım Orelia Buşez bildirib ki, Fransanı ölkəmizdə təmsil etməkdən qürur hissi duyur. Səfir əlavə edib ki, diplomatik fəaliyyəti dövründə Azərbaycanın müxtəlif dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyi ilə Fransanın uyğun strukturları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tags:  Fövqəladə Hallar Nazirliyi Fransanın müvafiq qurumları arasında əməkdaşlıq məsələləri müzakirə edilib


RƏYLƏR


Top news