Türkiyə-Rusiya arasındakı buzlar əriyir (FOTO)

Türkiyə-Rusiya arasındakı buzlar əriyir (FOTO)
15:06 15 Dekabr 2015
62 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Rusiyadan qaz alışını artırır.

ANS PRESS-in məlumatına görə, 2015-ci ilin 4-cü rübündə Türkiyənin Rusiyadan aldığı qazın miqdarı illik 1 milyard kub metr artacaq.

“Ukrtransqaz”dan verilən məıumata görə, 2015-ci ilin 9 dekabrından “Orlovka” stansiyasından ötürülən qazın həcmi rekord həddə çataraq sutkada 68 milyon kub metr olub.

Əgər qazın bu həcmdə nəqli il sonuna qədər qorunub saxlanılarsa, 2015-ci ilin 4-cü rübündə, “Qazprom” Türkiyəyə 7.5 milyard kub metr qaz nəql edəcək.

Hesablamalara görə, ötən ilin 4-cü rübündə Türkiyəyə olan qaz nəqli 6.59 milyard kub metr olub.

2015-ci ilin 1-ci rübündə Rusiya qazının Türkiyəyə ixracı 1%, 2 rübündə, 15%, 3 rübündə isə 6% aşağı düşüb.

Rusiya öz qazının Türkiyəyə ixracını artıracağı təqdirdə, ilin 4-cü rübündə qazın həcmi artaraq 27 milyard kub metr ola bilər.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367318

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR