​Müğənni Aytac Vidadiqızının toy tarixi bəlli olub - FOTO

Müğənni Aytac Vidadiqızı 2015-ci il dekabrın 23-ü paytaxtın elit məkanlarından birində toy edəcək. Toyda müğənninin əksər sənət dostları da iştirak edəcək. 

Metbuat.az-a açıqlama verən sənətçi toy öncəsi həyəcanlı olduğunu açıqlayıb: “Toy günü yaxınlaşdıqca həyəcanım daha da artır. İstəyirəm həmin gün hər şey mükəmməl olsun. Bu günümün təkcə mənim üçün yox, dəvətli olan hər kəs üçün unudulmaz gün olmasına çalışacağam. Başa düşürəm ki, xoşbəxtlik üçün bu vacib detal deyil. Əsas iki insanın bir-birini anlayıb ömür boyu bir yerdə olmasıdır. Mən isə arzu edirəm ki, bütün ailələrdən vağzalı sədası eşidilsin. Bütün xanımlarımıza ağ gəlinlik nəsib olsun və xoşbəxt olsun”. 

Qeyd edək ki, Aytac Vidadiqızı Can adlı Türkiyə vətəndaşı ilə ailə quracaq. Müğənninin həm Bakıda, həm də Türkiyədə toyu olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR