Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Neft 20 dollara düşdü

Neft 20 dollara düşdü

Date: 15 December 2015 15:12

WTI və Brent markalı neft 35-37 dollara qədər ucuzlaşdığı halda neftin ucuz növlərinin bir barelinin qiyməti 30 dollardan da aşağı satılır. Bunlar Mexican mix, Western Canada Select və Iraq Basrah Heavy markalı neftdir.

Milli.Az azadlıq.info-ya istinadən bildirir ki, bu barədə "Blomberg" məlumat yayıb. Meksika nefti 28 dollardan ucuz, İraq nefti 25 dollar, Kanada nefti 22 dollarda da ucuz satılır.

"Blomberg"in məlumatına görə, Meksika nefti son 18 ayda 73% ucuzlaşaraq 2004-ci ildən bəri minimum həddə çatıb. Kanadanın Western Canada Select markalı nefti 8 illik minimuma çataraq 21,37 dollara satılıb. Həmçinin Venezuela Basket, Ecuador Oriente, Saudi Arab Heavy markalı neftin qiyməti 30 dollardan aşağı düşüb. 
 

Milli.Az


Tags:  Neft 20 dollara düşdü


RƏYLƏR


Top news