İsveç Azərbaycanlılar Konqresinin rəhbərliyi ölkənin hakim partiyasının nümayəndələri ilə görüşüb

İsveç Azərbaycanlılar Konqresinin rəhbərliyi ölkənin hakim partiyasının nümayəndələri ilə görüşüb
15:23 15 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC 
İsveç Azərbaycanlılar Konqresinin (İAK) rəhbərliyi hakimİsveç Sosial Demokrat Partiyasının nümayəndələri, habelə Stokholm bələdiyyəsində böyük yer tutan müxalifətçi Moderatorlar Partiyasının üzvləri ilə görüşlər keçirib. Bu görüşlər İsveç Krallığı hökuməti və Riksdaqı ilə Azərbaycan diasporu arasında son 5 ildə görülən işlərə yekun vurmaq üçün keçirilib.
İAK-dan AZƏRTAC-a bildirilib ki, görüşdə İAK üzvləri İsveç parlamenti fraksiyalarının rəhbərlərini Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranan vəziyyət və Azərbaycan ərazisinin 20 faizinin erməni silahlı birləşmələri tərəfindən işğalı, habelə Ermənistan tərəfinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymaması barədə məlumatlandırıblar. Bu məsələ İsveç parlamentariləri tərəfindən Yaxın Şərqdə baş verən siyasi hadisələrin Cənubi Qafqaza və bütövlükdə postsovet regionuna təsiri baxımından böyük maraq oyadıb. Bundan başqa, İAK nümayəndələri münaqişə haqqında sənədlər və ədəbiyyat təqdim ediblər.
Görüşdə öz növbəsində Azərbaycan diasporunun İsveç Krallığının siyasi həyatında daha fəal iştirakı məsələsi də qaldırılıb. Son üç ildə İAK-ın 8 nümayəndəsi ölkənin ən böyük partiyasına üzv olub, onlardan biri hətta aparıcı partiyalardan birinin şura üzvü seçilib. İAK 2010-cu ildə yaradılıb və başlıca vəzifəsi Azərbaycan diasporunun İsveçin siyasi və ictimai həyatına uğurlu inteqrasiyasıdır.
Müzakirələr zamanı aparıcı siyasi fraksiyalar tərəfindən Azərbaycan diasporunun İsveç Krallığının siyasi həyatında fəallaşması baxımından belə görüşlərin zəruriliyi vurğulanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Isvech_Azerbaycanlilar_Konqresinin_rehberliyi_olkenin_hakim_partiyasinin_numayendeleri_ile_gorusub-911378

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR