Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

MTRŞ: Azərbaycanda televiziyaların anoloq yayımı yaxın vaxtlarda dayandırılacaq

ANS ÇM radiosunun lisenziyasının ləğvi ilə bağlı qərardan kassasiya şikayəti verilib (03 Mart 2017 15:57)
TRT 1-in Azərbaycanda yayımı bərpa olundu (01 Mart 2017 13:13)
TRT 1-in Azərbaycanda yayımı bərpa olunub (01 Mart 2017 12:32)

Tarix: 15 Dekabr 2015 15:27

Milli Televiziya və Radio Şurasının (MTRŞ) texniki şöbəsinin müdiri İsa Məmmədov "Report"a bildirib ki, onlardan 104-ü rəqəmli verici stansiya, 400-ə yaxını isə anoloq verici stansiyadır.
Stansiyalar vasitəsilə yayım hələ ki, paralel olaraq həyata keçirilir.
İ.Məmmədov Azərbaycanın müxtəlif yerlərində rəqəmli verici stansiyaların quraşdırıldığını bildirib: "Məsələn, Bakı şəhərində "Günəşli", "Fatmayi" və Teleqüllədə rəqəmli yayım stansiyaları quraşdırılıb. Artıq rəqəmli vericilərin hər biri fəaliyyətdədir və yayım həyata keçirirlər. MTRŞ tərəfindən anoloq yayımın dayandırılması ilə bağlı qərar verildikdən sonra bu yayımı həyata keçirən 400-ə yaxın satnsiyanın fəliyyəti dayandırılacaq. Anoloq yayım yaxın vaxtlarda dayandırılacaq, amma dəqiq tarix deyə bilmərəm".
İ.Məmmədov bildirib ki, bir rəqəmli verici stansiya 11 TV proqramını əhatə etdiyi halda, bir anoloq yayım stansiyası 1 TV proqramını əhatə edir.  

Teqlər:  MTRŞ Azərbaycanda televiziyaların anoloq yayımı yaxın vaxtlarda dayandırılacaq



RƏYLƏR


Top xəbərlər