Bakıda yarğanların sayı artıb

Bakıda yarğanların sayı artıb
15:28 15 Dekabr 2015
25 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Bakıda son illərdə yaşayış məskənləri olan ərazilərdə yarğanların sayı artıb.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Starə Tarixəzəri bildirib.

Onun sözlərinə görə, son illərdə yarğanlar Bakının daha çox Yeni Yasamal ərazisində, Qaradağ rayonunun Lökbatan qəsəbəsində, Abşeron rayonunun Mazazır qəsəbəsində yaranıb.

Bu yarğanların antropogen amillər - insanların kortəbii fəaliyyətinin nəticəsində yarandığını deyən S.Tarixəzəri qeyd edib ki, yarğanların olması daha çox Qobustanın iqlim şəraiti üçün xarakterikdir: “Amma son vaxtlar insanlar özləri Bakının bir çox yerlərində torpaqları yararsız edərək yarğanlar yaradıblar. İnsanlar düzgün tikinti aparmırlar, yaxud yamacları kəsirlər, sonra onları möhkəmləndirmirlər, nəticədə yarğanlar yaranır. Bakının bəzi ərazilərində kanalizasiya sisteminin normal olmaması da yarğanların yaranmasına gətirib çıxarır”.

S.Tarixəzərinin sözlərinə görə, yarğanların yaranmasının qarşısını almaq üçün yamaclarda və ona bitişik ərazilərdə ağaclar və kollar əkilməlidir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2469618.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR