Ombudsman: “Nardaranlılardan müraciət daxil olmayıb”

Ombudsman: “Nardaranlılardan müraciət daxil olmayıb”
15:29 15 Dekabr 2015
26 Sosial
Ölkə mətbuatı
A- A+

 

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) ünvanına Nardaran sakinlərindən müraciət daxil olmayıb.

 

Bu barədə APA-ya Ombudsman Aparatından məlumat verilib. Aparatdan bildirilib ki, eyni zamanda Ombudsmanın “Qaynar xətti”nə də hər hansı bir müraciət daxil olmayıb.

 

Qeyd olunub ki, bu məsələ diqqətdə saxlanılacaq, Nardaran sakinlərindən müraciət daxil olacağı təqdirdə qanuna müvafiq addımlar atılacaq.

 

Qeyd edək ki, bir qrup Nardaran sakini Ombudsman Elmira Süleymanovaya müraciət etməsi haqda xəbər yayılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225285

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR