Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bayram günlərində rayona gedənlərin diqqətinə

Bayram günlərində rayona gedənlərin diqqətinə

10 nəfər öldü, 39 nəfər yaralandı - Yol qəzaları bayram günlərində xeyli can aldı (24 Mart 2017 11:44)
Bu qurumlar bayram günlərində işləyəcək (18 Mart 2017 18:53)
FHN gücləndirilmiş iş rejimində çalışacaq (17 Mart 2017 16:33)

Tarix: 15 Dekabr 2015 15:31

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində (QSC) yeni il ərəfəsində gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Axşam.az-ın "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinə istinadən məlumatına görə, bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi yeni 2016-cı il ərəfəsində gucləndirilmiş iş rejimi tətbiq olunacaq.

Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək.

Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.


Teqlər:  Bayram günlərində rayona gedənlərin diqqətinə



RƏYLƏR


Top xəbərlər