Xalq artsti dəfn olundu

Xalq artsti dəfn olundu
15:31 15 Dekabr 2015
62 Şou
Ölkə mətbuatı
A- A+

Bakı Musiqi Akademiyasında xalq artisti, tanınmış bəstəkar Azər Rzayevlə vida mərasimi keçirilib.
 
Axşam.az-ın APA-ya istinadən məlumatına görə, vida mərasimində təhsil naziri Mikayıl Cabbarov, mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, mədəniyyət və incəsənət xadimləri, bəstəkarın tələbələri, ailə üzvləri iştirak edib.
 
Mədəniyyət və turizm nazirinin müavini V. Əliyev A. Rzayevin sənət yolundan, musiqi yaradıcılığından danışıb: “Azər müəllim bütün ömrünü Azərbaycan musiqisinin inkişafına, təbliğinə həsr edib. Azər Rzayev həm də böyük pedaqoq, gözəl müəllim idi. Biz onun timsalında Azərbaycan musiqisinin görkəmli, istedadlı nümayəndəsini itirdik".
 
Bakı Musiqi Akademiyasının rektoru F. Bədəlbəyli A. Rzayev haqqında xatirələrini bölüşüb, bəstəkarın həyat yolundan bəhs edib:
 
“Biz böyük bəstəkardan başqa, sevimli, qayğıkeş müəllimimizi itirdik. Azər müəllim bütün tələbələrinin sevimlisi idi. Ömrünün son illərində də xəstəliyinə baxmayaraq yorulmadan işləyirdi, musiqimizin zənginləşməsinə, tələbələrinin yetişməsinə xidmət edirdi. Allah ona rəhmət eləsin, qəbri nurla dolsun”.
 
Bəstəkar İttifaqının katibi Sərdar Fərəcov, xalq artistləri Fidan və Xuraman Qasımovalar və başqaları A. Rzayevlə bağlı xatirələrini bölüşüb, bəstəkarın musiqi yaradıcılığından danışıblar.
 
Mərhumun ailəsi adından Zəki Manafov vida mərasimində iştirak edənlərə təşəkkür edib.
 
A. Rzayev II Fəxri Xiyabanda dəfn olunub.
 
Qeyd edək ki, A. Rzayev dekabrın 14-də Bakıda vəfat edib. Azərbaycan prezidenti İlham Əliyev, dövlət və hökumət xadimləri, habelə mədəniyyət xadimləri xalq artisti Azər Rzayevin vəfatı ilə əlaqədar başsağlığı veriblər.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42539

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR