Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Monserrat Kabalye həbs olunacaq - FOTO

Monserrat Kabalye həbs olunacaq - FOTO

Date: 15 December 2015 15:37

Dünyanın ən məşhur opera müğənnilərindən biri, ispan Monserrat Kabalye fırıldaqçılıqda suçlanaraq 6 ay müddətinə həbs ilə cəzalandırılıb.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, İspaniyanın Barselona şəhərinin məhkəməsi qapalı iclas keçirərək 82 yaşlı Kabalye ilə bağlı hökm verib.

M.Kabalye 6 ay müddətinə azadlıqdan məhrum olunmaqla yanaşı, 225 min avro məbləğində cərimələnib. Ona bundan sonrakı 18 ay ərzində hər hansı formada maliyyə əməliyyatı aparmaq və ya kredit götürmək qəti qadağan olunub.

Monserrat Kabalyenin səhhətində problemlər olduğuna görə, o, iclasda iştirak etməyib və hökmü videoəlaqə ilə dinləyib.

İspan operasının ulduzuna qarşı qalmaqallı istintaq 2010-cu ildə başlanmışdı. O, gəlirlərini vergidən gizləməkdə və yaşayış yeri kimi Andorranı göstərməkdıə suçlanmışdı.

Məhkəmənin qərarına görə, M.Kabalye Andorrada yaşadığını vergilərdən yayınmaq üçün söyləyib.

Milli.Az









Tags:  Monserrat Kabalye həbs olunacaq FOTO


RƏYLƏR


Top news