Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı milyarderə ağır itki üz verdi

Azərbaycanlı milyarderə ağır itki üz verdi

Date: 15 December 2015 15:41

Məşhur azərbaycanlı milyarder, Rusiyadakı "NortQaz" şirkətinin yaradıcısı Fərhad Əhmədova ağır itki üz verib.

Axşam.az-ın modern.az-a istinadən məlumatına görə, Fərhad Əhmədovun anası Əsədi xanım dünyasını dəyişib. Mərhum doğulduğu Göyçay rayonunda dəfn edilib.

Qeyd edək ki, Fərhad Əhmədovun atası Teymur Əhmədov vaxtilə Göyçayda zavod direktoru olub.

Fərhad Əhmədov hazırda Rusiyada məşhur iş adamı sayılır.

Hazırda Göyçayda fəaliyyət göstərən "AzNar" şirkəti də Fərhad Əhmədova məxsusdur. Şirkət Göyçay rayonunda 1000 hektardan çox sahədə nar bağları yaradıb.


Tags:  Azərbaycanlı milyarderə ağır itki üz verdi

RƏYLƏR


Top news