Bakıda iki həftəlik istiliyə görə 36 manat borc gəldi

Bakıda iki həftəlik istiliyə görə 36 manat borc gəldi
15:46 15 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

Paytaxtda istilik ilə bağlı məsələ öz həllini yenicə tapmışdı ki, yeni problem ortaya çıxıb. ANS PRESS-in məluamtına görə, istilik sistemi iki həftəyə yaxındır ki, verilsə də, bəzi evlərə borcla bağlı qəbzlər gəlir.
ANS PRESS-ə müraciət edən Bakı şəhər sakini artıq onlara 40 manata yaxın borcu olduğunu bildirən qəbz gəldiyini deyib.

Xətai rayonunda yaşayan Aysel Süleymanovanın sözlərinə görə, evlərinə istilik verildiyi bir neçə gündür.

"Amma artıq 36 manat 75 qəpik borc gəlib. Başımız çıxmır, nə istilik veriblər ki, nə də pul istəyirlər. Özü də 10 günə bu qədər. Bizim bu sahədə heç vaxt problemimiz olmayıb. Elə bil, "Azəristilik" "Azəriqaz"a olan borclarını bizdən çıxarmaq istəyir".

"Azəristiliktəchizat" ASC-nin abunəçilərə xidmət şöbəsinin müdiri Rafiq Əliyev borc barədə deyilənləri təkzib edib. O, bu il verilən istiliyə görə bu qədər borc ola bilməyəcəyini deyib:

"Belə bir şey ola bilməz. Əgər kiməsə bizim qurumdan 35-40 manat borc olan qəbz gəlibsə, demək həmin abonentin keçən ildən borcu qalıb", - deyə qurum rəsmisi məsələyə aydınlıq gətirib.


Rafiq Əliyev - “Azəristiliktəchizat” ASC-nin şöbə müdiri

Qeyd edək ki, bu il istilik verilişi ilə bağlı ciddi problemlər yaşanıb. Qış mövsümünə keçidlə bağlı olaraq hər il istilik noyabrın 15-də verilsə də, bu il bu müddət xeyli uzandı. Bunasəbəb isə iki qurum - “Azəriqaz” İstehsalat Birliyi (İB) ilə "Azəristiliktəchizat" arasında olan 43 milyon manatalıq borc qalmaqalı olub. Məsələ ictimailəşdikdən sonra qurumlar öz aralarında razılığa gəlinib, borcun bir hissəsi ödənilib və bu ayın əvvəllərin nəhayət əhali istiliklə təmin olunub.

Hələ problem yaşanan zaman "Azəristiliktəchizat"-ın şöbə müdiri istilik verilmədiyi müddətdə əhalidən xidmət haqqı da tələb edilməyəni demişdi. "İstilik nə zaman olarsa, kommunal haqq da o zamandan hesablanacaq".




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=367316

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR