Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

UEFA Avropa Liqası yarışlarında ilk: “Fənərbağça” birinci oyununu çərşənbə axşamı keçirəcək

Date: 15 December 2015 15:48


Bakı, 15 dekabr, AZƏRTAC
Futbol üzrə UEFA Avropa Liqası yarışlarının tarixində ilk dəfə play-off mərhələsinin oyunu çərşənbə axşamı keçiriləcək.
AZƏRTAC UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki. “Fənərbağça”–“Lokomotiv” (Rusiya) matçı fevralın 18-də deyil, iki gün əvvəl təşkil olunacaq.
Buna səbəb turnirin onaltıdabir final mərhələsinin ilk oyunları çərçivəsində həm “Fənərbağça”nın, həm də “Qalatasaray”ın doğma meydanda çıxış etməsidir. Hər iki komandanın İstanbulu təmsil etdiyini nəzərə alan UEFA “Fənərbağça”-“Lokomotiv” oyununun tarixini dəyişib. “Qalatasaray” isə fevralın 18-də İtaliyanın “Latsio” klubunu qəbul edəcək.
UEFA, həmçinin “Fənərbağça”-“Lokomotiv” oyununun neytral meydanda deyil, İstanbulda təşkil olunacağını bildirib.

Tags:  UEFA Avropa Liqası yarışlarında ilk Fənərbağça birinci oyununu çərşənbə axşamı keçirəcək



RƏYLƏR


Top news