Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakının yol polisi gücləndirilmiş iş rejiminə keçir

Bakının yol polisi gücləndirilmiş iş rejiminə keçir

Date: 15 December 2015 15:48

Bakı. Elmir Murad - Trend:

Yol polisi bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək. Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, gücləndirilmiş rejimə keçməkdə məqsəd yollarda avtomobillərin fasiləsiz, rahat və təhlükəsiz hərəkətini təşkil etməkdir: “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Bakıda bir sıra bayram şənliklərinin keçirilməsi nəzərdə tutulub. Bayram şənliklərinin keçiriləcəyi bütün ərazilərdə yol polisi zəruri tədbirlər görəcək. Çalışacağıq ki, şənlikdə iştirak etmək üçün şəxsi avtomobilləri ilə əraziyə gələn sürücülərin təhlükəsizliyini təmin edək. Həmçinin gecə saatlarında şənlikdən çıxıb evlərinə gedən vətəndaşların yollarda təhlükəsiz hərəkəti təmin olunacaq”.

V.Əsədov avtomobillərin plyonka ilə idarə olunmasına da toxunaraq qeyd edib ki, hələ də yol polisinin sözügedən məsələ ilə bağlı çağırışlarını nəzərə almayanlar var: “Bizim müraciətlərimizə baxmayaraq, bəzi sürücülər avtomobillərini pərdə və plyonkalarla idarə etməkdən çəkinmirlər. Saxlayanda da müxtəlif bəhanələr gətirərək cəzadan boyun qaçırmağa çalışırlar. Yenə də həmişəki kimi "bilmirdim", "eşitməmişdim", "Bakıda deyildim", "xəbərim yoxdur" kimi ifadələr işlədirlər. Amma bir daha qeyd etmək istəyirəm ki, sürücülərin bu sözləri onları məsuliyyətdən azad etmir”.

Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qəbul etdiyi qərara əsasən, hər il mayın 1-dən noyabrın 15-dək Azərbaycanda nəqliyyat vasitələrinin arxa yan qapılarının şüşələrinə yalnız sənaye üsulu ilə hazırlanmış jalüzlərin vurulmasına icazə verilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Bakının yol polisi gücləndirilmiş rejiminə keçir

RƏYLƏR


Top news