"Sözümü mahnılarımla deyirəm" - FOTO

"Sözümü mahnılarımla deyirəm" - FOTO
15:52 15 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

Aparıcı-müğənni Niyam Salami yaradıcılıq işlərindən danışıb. .

Milli.Az-a açıqlama verən müğənni bildirib ki, sözləri Arzu Hidayətqızına, musiqisi bəstəkar Nailə Mirməmmədliyə məxsus "Neftçilər" adlı mahnını ifa edib: "Bəstəkar Nailə xanım belə bir layihəsində iştirak etməyimi təklif etdi, razılaşdım. Bu mahnı, demək olar ki, layihə kimi təqdim olunacaq. Layihənin bütün ideyası da Nailə xanımın özünə aiddir. Mahnıda mənimlə birgə həmkarlarımdan Vasif Məhhərrəmli, Mətanət Əsədova, Gülay Zeynallının da ifası yer alıb. Aranjman işlərini isə Cavid Şirinov həyata keçirdi.

Artıq mahnı lentə alınıb. Sözügedən bəstəyə rejissor Nail Naiboğlu klip çəkir. Klip hazır olduqdan sonra bu layihəyə təqdimat edəcəyik. Güman edirəm ki, müğənni mahnıları ilə yadda qalmalıdır. Mən də sözümü mahnılarımla deməyi üstün tuturam. Bu layihənin yadda qalacağına əminəm".

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/390480.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR