Azərbaycanlılar rus məhsullarını yoxlayacaq

Azərbaycanlılar rus məhsullarını yoxlayacaq
16:06 15 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan baytarlıq xidmətinin müfəttişləri Rusiya Federasiyasından ixrac olunan ət və süd məhsulları ilə bağlı yoxlamalara başlayacaq.

ANS PRESS-in məlumatına görə bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Federal xidməti məlumat yayıb.Yoxlamalar Rusiya Federasiyasında ,adı çəkilən qurumun əməkdaşları ilə birgə həyata keçiriləcək. Azərbaycanlı müfəttişlər bu il artıq ikinci dəfədir ki, Rusiyaya səfər edirlər.

Yoxlamalar dekabrın 23-ə kimi davam edəcək. Məqsəd ət və süd müəssisələrində istehsal olunan məhsulların keyfiyyətinin ixrac normalarına uyğun olub-olmadığını müəyyən etməkdir.

Yoxlamalar uzun müddətdir ki, Azərbaycanı öz məhsulları ilə təmin edən Kalininqrad , Volqoqrad vilayətlərindəki ət və süd məhsulları istehsal edən müəssisələrdə aparılacaq.


Yoxlanılması nəzərdə tutulan ət məhsulları

Dövlət Baytarlıq xidmətinin mətbuat katibi Yolçu Xanvəlinin sözlərinə görə hazırda xidmətin 2 nümayəndəsi Rusiyadadır.

"Onlar ölkəyə ixrac olunan məhsulların baytarlıq qanunvericiliyinin tələblərinə uyğun olub-olmadığını araşdırır,qüsurlar aşkarlanan halda həmin müəssisələrlə əməkdaşlığa xitam verirlər.Yoxlamaların nəticəsində Azərbaycan baytarlıq xidməti bu ilin sonuna kimi məhsullarını Azərbaycan bazarına çıxarmaq istəyən istehsalçıların siyahısıyla bağlı yekun hesabat da hazırlayacaq."-deyə Yolçu Xanvəli əlavə etdi.


Yolçu Xanvəli - Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi


Bu yoxlamalar hələ bu ilin avqustunda həyata keçirilib.Həmin vaxt Rusiya və Azərbaycanın baytarlıq xidmətinin əməkdaşları heyvandarlıq məhsullarının təhlükəsizliyinin təmin olunması məqsədi ilə Rusiyanın 5 müxtəlif bölğəsində yerləşən mal və quş əti istehsal edən müəssisələrdə olub,onların labaratoriya faəliyyəti və istehsal olunan məhsullara nəzarətlə tanış olub.Bu ilin ilk yarısında Rusiya azərbaycana 625 ton pendir,238 ton emal olunmuş pendir,340 ton kəsmik və 145 min ton pendir məhsulları ixrac edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367329

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR