Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

2016-ci ilin ilk hədiyyəsi Hesab.az-dan

2016-ci ilin ilk hədiyyəsi Hesab.az-dan

Date: 15 December 2015 16:08

Bakı. Trend:

Azərbaycanın ən böyük onlayn ödəmə portalı olan Hesab.az yeni il kampaniyasına başlayıb. Trend-in məlumatına görə, “ATL Electronics” ilə birgə keçirilən yeni kampaniya çərçivəsində Hesab.az portalında bu gündən etibarən kommunal ödənişlərini edən hər 2016-cı unikal istifadəçi alman brendi “Hansa”dan elektrik plitəsi və ya qaz sobası hədiyyə qazanacaq. Hədiyyələrin sayı 15 ədəd olduğu üçün kampaniya hədiyyələr bitənə qədər davam edəcək.

Alman texnologiyası əsasında istehsal olunan, evdar xanımlar üçün innovativ mətbəx avadanlıqları təklif edən HANSA markası soba, plitə, aspirator, bişirmə panelləri, soyuducu və qabyuyan maşın çeşidlərini təklif edir.

Kampaniyadan faydalanmaq və hədiyyə qazanmaq üçün sadəcə Hesab.az-da qeydiyyatdan keçərək istənilən məbləğdə kommunal ödənişləri edən 2016-cı istifadəçi olmaq lazımdır.

Kampaniya haqqında daha ətraflı məlumat əldə etmək və iştirak etmək üçün bu səhifəyə daxil olun: https://www.hesab.az/public/2016Campaign.aspx

Hesab.az haqqında
GoldenPay şirkətinə məxsus 190 mindən çox istifadəçisi olan Hesab.az, 80-dən çox xidmət növünə bank kartları vasitəsi ilə ödənişləri təqdim edən bir portaldır. Burada bank və lizinq kreditləri, kommunal, mobil, kabel tv, internet ödənişini etmək mümkündür. Hesab.az portalında həm də onlayn sığorta xidmətləri və kinoteatra bilet almaq olar. İstifadəçilərə “Şəxsi kabinet” yaratmaq, ödənişlərin tarixçəsini aparmaq və bonuslar qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak etmək və ya dərhal hədiyyələrə dəyişmək imkanı təqdim edilir. Hesab.az portalı beynəlxalq elektron təhlükəsizlik standartlarına cavab verən müasir texniki infrastruktura malikdir. Hər ay 11 mln. manatdan çox və 100 minlərlə əməliyyat bu portal vasitəsi ilə həyata keçirilir. Həmçinin, portalın iOS, Android və Windows platformalarında tətbiqləri də mövcuddur

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  2016-ci ilin ilk hədiyyəsi Hesabaz-dan

RƏYLƏR


Top news