Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Boots&Coots”un avadanlıqları gəmilərdə quraşdırıldıqdan sonra bu şirkət də yanğının söndürülməsində iştirak edəcək

“Boots&Coots”un avadanlıqları gəmilərdə quraşdırıldıqdan sonra bu şirkət də yanğının söndürülməsində iştirak edəcək

Date: 15 December 2015 16:18


Bakı, 15 dekabr, Nihad Budaqov, AZƏRTAC
“Günəşli” yatağının 10 nömrəli dərin dəniz özülündəki yanğının söndürülməsi üçün “Boots&Coots” şirkətinin sifarişi əsasında ölkəyə gətirilən avadanlıqlar hazırda gəmilərdə quraşdırılır. Bütün avadanlıqlar quraşdırıldıqdan sonra “Boots&Coots” şirkəti də yanğının söndürülməsində iştirak edəcək.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində yaradılan qərargahdan məlumat verilib. Bildirilib ki, “Neft daşları” neft və qazçıxarma idarəsinin ərazisində itkin düşmüş 3 neftçinin, o cümlədən də, “Günəşli” yatağındakı 10 nömrəli özüldəki qəza nəticəsində itkin düşmüş 23 neftçinin axtarışları davam etdirilir.

Tags:  BootsCootsun avadanlıqları gəmilərdə quraşdırıldıqdan sonra bu şirkət yanğının söndürülməsində iştirak edəcək


RƏYLƏR


Top news