“Azərbaycan multikulturalizmi” fənninin monitorinqi davam edir

“Azərbaycan multikulturalizmi” fənninin monitorinqi davam edir
16:23 15 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) xarici və yerli universitetlərdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsi çərçivəsində 11 xarici və 19 yerli universitetdə bu fənn tədris edilir.
“Azərbaycan multikulturalizmi” fənninin universitetlərdə aktuallığını və onun uğurlu layihə kimi davamlılığını təmin etmək və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədilə hər semestrin sonunda Mərkəzin müəyyən etdiyi şəxslər tərəfindən monitorinqlər aparılır.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Texniki Universitetinin fəlsəfə və politologiya kafedrasının müdiri Əyyub Kərimov Lənkəran Dövlət və Azərbaycan Tibb universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin monitorinqini aparıb. O, Lənkəran Dövlət Universitetində fənnin tədris edildiyi 150 tələbəyə “Multikulturalizm, fərqli modellər, növlər, siyasətlər” mövzusunda mühazirə oxuyub. Sonra tələbələrin sualları cavablandırılıb.
Ə.Kərimov Azərbaycan Tibb Universitetinin ictimai elmlər kafedrasının müəllimi Fəridə Qəniyevanın “Multikulturalizmə giriş” fənni üzrə “Azərbaycan Respublikasında multikulturalizm siyasəti və ölkənin sosial-iqtisadi inkişafı” (rus bölməsində) mövzusunda məşğələ dərsinin monitorinqini də aparıb.
Azərbaycan Dövlət Dəniz Akademiyasında isə Bakı Slavyan Universitetinin multikulturalizm kafedrasının müəllimi Cavid Əsədov və BBMM-in əməkdaşı Aydan Nusal monitorinq aparıblar. Bu akademiyada “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri tədris edilir.
Monitorinq zamanı humanitar fənlər və dillər kafedrasının baş müəllimi Ağarza Fətəliyev “Dünyada multikulturalizm, multikulturalizm siyasəti, dünya ölkələrinin multikulturalim modelləri” mövzusunda mühazirə oxuyub.
Sonra humanitar elmlər və dillər kafedrasının müdiri İlqar Abdullayev tələbələrə Azərbaycanın multikulturalizm siyasəti barədə məlumat verib. Aydan Nusal BBMM-in ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələr barədə məlumat verib. Mərkəzin gələn ilin fevralında keçirməyi planlaşdırdığı beynəlxalq qış məktəbi barədə məlumat tələbələrdə böyük maraq oyadıb. C.Əsədov fənnin seminarları zamanı mövzuların necə müzakirə edildiyini və sorğu əsasında tələbələrin fənn üzrə bilik səviyyələrini yoxlayıb.
Azərbaycan Texniki Universitetində monitorinqi Multikulturalizm Mərkəzinin əməkdaşları Rəşad İlyasov və Aytən Məmmədova aparıb. Monitorinq zamanı “Azərbaycan multikulturalizmi” fənnini tədris edən Əlipaşa Əliyev “Azərbaycan Respublikasının multikulturalizm siyasəti və ölkənin xarici siyasəti” mövzusunda mühazirə oxuyub. O, Azərbaycanda multikulturalizmin dövlət siyasəti olaraq həyata keçirildiyindən və bunun da əsasının ictimai sifariş olduğundan bəhs edib. Dərs interaktiv şəkildə, sual-cavablarla daha da canlı keçib.
Sonra BBMM-in əməkdaşı R.İlyasov tələbələrə Multikulturalizm Mərkəzinin yaranma tarixi, onun fəaliyyəti, planları barədə məlumat verib və monitorinq sorğusunu keçirib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_multikulturalizmi_fenninin_monitorinqi_davam_edir-911411

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR