Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Xalq Rəssamının 90 illiyinə həsr edilmiş fərdi yaradıcılıq sərgisi açılacaq

Xalq Rəssamının 90 illiyinə həsr edilmiş fərdi yaradıcılıq sərgisi açılacaq

Gənc Tamaşaçılar Teatrında Azərbaycan Milli Peşəkar Teatrının 144 yaşı qeyd olunub (10 Mart 2017 19:37)
Azərbaycan Milli Peşəkar Teatrının 144 yaşı qeyd olundu - FOTO (10 Mart 2017 18:47)
Milli İncəsənət Muzeyində “Qadın xoşbəxtliyi” adlı fərdi yaradıcılıq sərgisi açılıb (07 Mart 2017 20:52)

Tarix: 15 Dekabr 2015 16:23


Bakı, 15 dekabr, AZƏRTAC
Dekabrın 18-də Milli İncəsənət Muzeyində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Xalq Rəssamı Nadir Əbdürrəhmanovun 90 illiyinə həsr edilmiş fərdi yaradıcılıq sərgisi açılacaq.
Muzeydən AZƏRTAC-a bildirilib ki, sərgidə nümayiş olunacaq sənət əsərləri arasında Xalq Rəssamının “Sevimli naxışlar”, “Professor Mirqasımovun portreti”, “Bakı bayram günlərində”, “Sakit səma”, “Dağlı qadın”, “Fedonqan çayında səhər”, “Dostluq körpüsü”, “İnsanlar və dağlar”, “Xalq musiqiçiləri” və s. 50-dək sənət əsəri nümayiş olunacaq. Rəssamın xalqımızın tarixi keçmişini rənglərin dili ilə dolğun əks etdirən tabloları Vətənə məhəbbət və milli qürur hissi aşılayır. Onun tabloları əhval-ruhiyyə baxımından lirik və emosionaldır. Səfalı dağ rayonlarında yaşayan insanların obrazları mülayim və sadədir, gərgin hərəkət, kəskin emosiyalar sanki onlardan uzaqdır. Rəssamı adi hadisələrin milli özünə məxsusluğu maraqlandırır.
Qeyd edək ki, Nadir Əbdürrəhmanovun kompozisiya yığcamlığı ilə seçilən və öz emosional təsir gücü ilə yaddaqalan əsərləri gənc nəsillərin vətənpərvərlik ruhunda yetişdirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir.

Teqlər:  Xalq Rəssamının 90 illiyinə həsr edilmiş fərdi yaradıcılıq sərgisi açılacaq



RƏYLƏR


Top xəbərlər