Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Test tapşırıqlarının hazırlanması və ekspertizası barədə təqdimat

Test tapşırıqlarının hazırlanması və ekspertizası barədə təqdimat

Date: 15 December 2015 16:28


Bakı, 15 dekabr, AZƏRTAC 
2016 – 2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə xarici dillər (ingilis, alman, fransız, rus, ərəb və fars dilləri) üzrə qəbul imtahanı ilə əlaqədar elmi-metodiki seminar keçirilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, müxtəlif ali təhsil müəssisələrini təmsil edən mütəxəssislərin iştirak etdikləri seminarda “Test tapşırıqlarının hazırlanması və ekspertizası” mövzusunda təqdimat olub. Təqdimatda testologiya elminin əsas prinsip və standartları, test tapşırıqlarının təsnifatı, formaları və digər məsələlər işıqlandırılıb. Eyni zamanda, müxtəlif xarici dillər üzrə iştirakçıların təqdim etdikləri test tapşırığı nümunələri elmi-metodiki baxımdan təhlil olunub.
Növbəti seminar müəllif və ekspertlərin test tapşırıqları üzərində işinin əsas xüsusiyyətləri, test tərtibinə və ekspertizasına aid TQDK-nın normativləri, növbəti qəbul imtahanı üçün xarici dillər üzrə yeni test tapşırıqlarının tərtibi və digər məsələlərə həsr olunacaq.

Tags:  Test tapşırıqlarının hazırlanması ekspertizası barədə təqdimat



RƏYLƏR


Top news