Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məşhur aktrisa və model: "Qız mənimdir, mən bilərəm" - FOTO

Məşhur aktrisa və model: "Qız mənimdir, mən bilərəm" - FOTO

Date: 15 December 2015 16:32

Əsl ad və soyadı Ketrin Emi Aleksandra Aleksis İnfild olan britaniyalı müğənni, bəstəkar, model, teleaparıcı, aktrisa və iş adamı Keti Prays sosial şəbəkələrdə sərt tənqid olunur.
Səbəb 37 yaşlı Praysın 8 yaşlı qızının dodaqlarına pomada, üzünə də ənlik-kirşan çəkərək balaca Prinsessin fotolarını İnstaqram-da paylaşmasıdır.

Milli.Az TMZ-yə istinadən bildirir ki, Keti Prays qızı ilə Londondakı "New Victoria Theatre"a, "Yatmış gözəl" (Sleeping Beauty) tamaşasına yollanmışdı.
Pomadalı, kirşanlı Prinsess çox əcaib görünürdü.

Sosial şəbəkə istifadəçiləri də Keti Praysın profilində bunu yazıblar, 8 yaşlı qızı belə "bəzəməyin" yolverilməz olduğunu deyiblər.
Keti Praysın reaksiysı qeyri-adekvat olub: "Qız mənimdir, mən bilərəm. Sizə nə?!"

Milli.Az












Tags:  Məşhur aktrisa model Qız mənimdir mən bilərəm FOTO

RƏYLƏR


Top news