Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

​UEFA Vladimir Putindən üzr istəyib

​UEFA Vladimir Putindən üzr istəyib

Tarix: 15 Dekabr 2015 16:32

Bakı. 15 dekabr. REPORT.AZ/ UEFA Rusiya prezidenti Vladimir Putindən üzr istəyib. "Report"un məlumatına görə, buna səbəb UEFA-nın rəsmi twitter səhifəsində azarkeşlərdən birinin Rusiya prezidentinin ünvanına təhqiredici ifadələr yazması olub.
Avropa futbol qurumu AVRO-2016-da azarkeşlərin komandalarını dəstəkləməsi üçün haş-taq açıb. İstifadəçilərdən biri (türkiyəli futbol azarkeşi) isə həmin haş-taqda V.Putinin ünvanına təhqiredici sözlər yazıb.
UEFA isə 7 saatdan sonra istifadəçinin fikirləri səhifədən silib və üzr istəyib. 

Teqlər:  UEFA Vladimir Putindən üzr istəyib



RƏYLƏR


Top xəbərlər