Sarkisyan Azərbaycanın planını pozmaq istəyir

Sarkisyan Azərbaycanın planını pozmaq istəyir
16:36 15 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Çinlə iqtisadi və siyasi əməkdaşlığı genişləndirməsi Ermənistanı narahat etməyə başlayıb.

ANS PRESS-in məlumatına görə, Ermənistan KİV-lərində “İpək yolu”na qoşulma məsləsi ciddi müzakirə olunur. Onları əsas maraqlandıran tarixi “İpək yolu” ilə Çindən gələn ilk yük qatarının Ermənistan ərazisindən kənar keçməsidir.

Çinin Lyanyunqan terminalından yola düşən tranzit qatarı dekabrın 13-də Tiflisə çatıb. Qatar Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazilərindən keçib. Belə bir etibarlı nəqliyyat dəhlizi Ermənistan rəhbərliyinin marağını cəlb edir.

Dağlıq Qarabağ münaqişəsinin davam etməsi isə Ermənistanı regional layihələrdən kənarda qoyur. Hazırda isə Ermənistan mətbuatı yazır ki, ölkələri “İpək yolu”na yalnız İran vasitəsi ilə qoşula bilər. Bu qoşulma İran – Ermənistan dəmir yolu vasitəsi ilə həyata keçirilə bilər. İran-Ermənistan dəmir yolunun uzunluğu 300 kilometr olacaq. Layihənin dəyəri 3,2 milyard dollar dəyərləndirilir.


Ermənistanın istifadə etmək istədiyi nəqliyyat dəhlizi


Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynlinin sözlərinə görə, Ermənistanın İran vasitəsi ilə “İpək yolu”na qoşularsa, bu Azərbaycanın iradəsindan kənarda olacaq. “Hazırda Ermənistanın blokadada saxlanılması Azərbaycana sərf edir. Blokada Ermənistanın iqtisadi cəhətdən inkişafına maneə olur. Ermənistan İran vasitəsi ilə “İpək yolu”na qoşularsa, artıq bu Mərkəzi Asiya dövlətləri ilə müzakirə olunmalı məsələdir”.



Qabil Hüseynli bildirir ki, Ermənistanın İran vasitəsi ilə “İpək yolu”na qoşulması Azərbaycanın iradəsindən aslıdır: “Çünki Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayır. “İpək yolu”unda dəmir yolu və avtomobil traslarının əksəriyyəti Azərbaycanın maliyyə vəsaitləri hesabına tikilib. Adı çəkilən yola nəzarət birinci Azərbaycanın, ikinci isə Gürcüstanın ixityarındadır. Bu səbəbdən Ermənistan yalnız münaqişə başa çatdıqdan sonra Gürcüstan vasitəsi ilə “İpək yolu”na qoşula bilər”.


Qabil Hüseynli - Keçmiş dövlət müşaviri, politoloq


Politoloqun sözlərinə görə, Ermənistanın İran vasitəsi ilə “İpək yolu”na qoşulması iqtisadi cəhətdən rentabelli deyil.

Dünya bazarında neftin qiymətinin enməsi və həmçinin Rusiya və Türkiyə arasında gərginlik “İpək yolu”nun yenidən dirçəldilməsi məslələsini gündəmə gətirdi. Bu nəqliyyat dəhlizi vasitəsi ilə yüklərin Çindən Avropaya daşınması nəzərdə tutulur.


Hazırda fəaliyyətdə olan nəqliyyat dəhlizi


8-11 dekabr tarixlərində prezident İlham Əliyevin Çinə səfəri zamanı “İpək yolu”nun inkişafı ilə bağlı mühüm razılaşmalar əldə olundu. İlham Əliyev “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi və iki ölkənin dəmir yolları arasında əməkdaşlıqla bağlı müqavilələr imzalayıb. 13 dekabrda isə “İpək yolu” vasitəsi ilə Çindən gələn ilk tranzit qatarı Tiflisə çatdı.

Martın 24-də isə Ermənistan prezidenti Serj Sarkisyan Çinə səfər etmişdi. Məlumata görə, səfər çərçivəsində nəqliyyat layihələri ilə bağlı müzakirələr aparılıb.

Hətta layihələr üzrə ikitərəfli razılaşmalar imzalanmışdı. Çin tərəfi bildirib ki, Ermənistanın bu nəqliyyat layihələrində iştirak edə bilər. Amma nəzərəçarpan heç bir nəticə yoxdur. Ermənistanın hazırda bu məsələdə fəalaşmasının səbəblərindən biri İran üzərindən beynəlxalq sanksiyaların götürülmasidir.

Bu sanksiyalar götürüldükdən sonra İran regionda həyata keçiriləcək enerji və nəqliyyat layihələrdə iştirak edə biləcək. Ermənistan isə bu imkandan istifadə edib, yaranan vəziyyətdən öz xeyri üçün istifadə etmək istəyir. Yəqin ki, Azərbaycan Ermənistanın blokadadan çıxma cəhdlərinə qarşı müəyyən addımlar atacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367326

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR