Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

İranlı "Turkvision"da Azərbaycan mahnısı oxuyacaq (AUDİO)

İranlı "Turkvision"da Azərbaycan mahnısı oxuyacaq (AUDİO)

Date: 15 December 2015 16:38

Bakı. Vüqar İmanov – Trend:

İranı “Turkvision 2015” müsabiqəsində etnik azərbaycanlı, bəstəkar və şair Rza Esbilani təmsil edəcək.

R.Esbilani Trend-ə bildirib ki, müsabiqədə “Mənim arzum” müəllif kompozisiyası ilə çıxış edəcək: “Əsas məqsədim müsabiqədə qalib gəlmək deyil, Türkiyədə İranda yaşayan azərbaycanlıların musiqi sənətini nümayiş etdirməkdir”.

Qeyd edək ki, R.Esbilani 1978-ci il martın 21-də Təbrizdə anadan olub. 2009-2012-ci illərdə Azərbaycan Milli Konservatoriyasının Bəstəkarlıq kafedrasında təhsil alıb.

Xatırladaq ki, “Turkvision 2015” Türk dünyasının beynəlxalq televiziya mahnı müsabiqəsinin finalı dekabrın 19-da İstanbulda keçiriləcək.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  İranlı Turkvisionda Azərbaycan mahnısı oxuyacaq AUDİO


RƏYLƏR


Top news