Bu da oldu - Təmiz hava pulla satılır (FOTO)

Bu da oldu - Təmiz hava pulla satılır (FOTO)
16:46 15 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

Hava çirkliliyinin maksimum həddə çatdığı Çində qəribə bir yenilik edilib. ANS PRESS-in məlumatına görə, bu ölkədə artıq təmiz hava pulla satılacaq.
Çinin şərq bölgəsində bir restoran müştərilərindən yemək pulundan əlavə, təmiz hava üçün də ödəniş alacaq.

Jiangu vilayetinin Zhangjiagang şəhərindəki restoran içəridəki havanın təmizlənməsinin maliyyəsini müştərilərindən çıxarır. Restoran sahibləri müştərilərə daha yaxşı şərait yaratamaq üçün hava filtirasiya sistemi qurub. Bunun əvəzində isə hesaba 1 yuan (0.15 dollar) əlavə edilir.


Çində havanın çirkliliyi maksimum həddə çatıb.

Bir milyarddan çox əhalisi olan ölkədə hava çirkliliyi ən yüksək həddə çatıb. Hətta bəzi ölkələrdə görüş məsafəsi 100 metrdən belə azdır.

Restorandan şikayət edən müştərilər bunun doğru olmadığıı, havanın satıla bilməyəcəyini deyərək şikayət ediblər.
Müştərilər vəziyyətdən narazı olsalar da, sosial şəbəkədə restoranın bu addımı alqışla qarşılanıb. Sosial şəbəkə istifadəçiləri təmiz hava üçün cüzi məbləğ ödəməyə hazır oduqlarını deyiblər.


Çində çirkli hava

Dünya Səhiyyə Təşkilatının dəyərləndirməsinə görə, hər il milyonlarla insan hava çirkliliyi nəticəsində ölür. Ancaq 2012-ci ildə havanın çirklənməsi nəticəsində dünyada 7 milyon insan ölüb. Araşdırma havanın çirklənməsi və ürək, respirator və xərçəng xəstəlikləri arasında əlaqənin olduğunu aşkarlayıb.

Qlobal miqyasda 8 ölüm halından biri havanın çirklənməsilə əlaqədardır ki, bu da onu dünyanın yeganə ən təhlükəli ekoloji səhiyyə riskinə çevirir.

Hərmçinin oxuyun:
Havası ən təmiz olan 10 şəhər (FOTO)

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367335

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR