Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Uşaqlara gülməli adların qoyulması halları azalıb"

"Uşaqlara gülməli adların qoyulması halları azalıb"

Tarix: 15 Dekabr 2015 16:47

Son vaxtlar Azərbaycanda yeni doğulan uşaqlara gülüş doğuran adların qoyulması halları azalıb. İnsanlar mənası anlaşılmayan adları uşaqlara qoymurlar.

Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

O bildirib ki, son vaxtlar yeni doğulan uşaqlara dil normalarına uyğun adlar verilir: "Səslənməsi, ahəngdarlığı, mənası nəzərə alınaraq adlar uşaqlara qoyulur".

S.Sadıqova qeyd edib ki, Azərbaycan dilində şəxs adları lüğətinin gələn il çap olunması nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan dilində şəxs adları lüğətinə 5000-ə yaxın ad daxil edilib.

Milli.Az


Teqlər:  Uşaqlara gülməli adların qoyulması halları azalıb



RƏYLƏR


Top xəbərlər