Ərzaq məhsulları bahalaşıb

Ərzaq məhsulları bahalaşıb
16:48 15 Dekabr 2015
47 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Elmir Murad - Trend:

Ərzaq məhsullarının qiymətində artım qeydə alınıb.

Trend-in məlumatına görə, Bakının ərzaq malları satılan mağazalarında qiymət artımını açıq şəkildə görmək mümkündür. Belə ki, Masazır qəsəbəsində fəaliyyət göstərən iki "Araz market"də və sözügedən ərazidəki digər bir neçə marketdə aparılan müşahidələr bunu deməyə əsas verir. Məsələn, adıçəkilən qəsəbədəki marketlərdə əvvəllər 85 qəpiyə satılan 100 qramlıq “Berqa” çayı indi mağazaların piştaxtalarında 1 manat 20 qəpikdən təklif olunur. 2 litrlik qarğıdalı yağı 35 qəpik bahalaşaraq 5 manat 15 qəpik olub. 200 qramlıq Rusiya istehsallı “Kalinka” yağı isə 20 qəpik bahalaşıb. 70 qəpiyə olan sözügedən yağlar hazırda 90 qəpiyə satılır.

Unun da qiymətində bahalaşma müşahidə olunur. Bir ay öncə 1 kiloqramı 35 qəpiyə olan “Karmen” unu hazırda alıcılara 40 qəpiyə təklif olunur. Bahalaşma konfetlərdən də yan keçməyib. Məsələn, əvvəllər 8 manat 50 qəpiyə satılan Rusiya istehsallı “Monblan” konfetləri indi 9 manat 50 qəpikdən aşağı deyil.

Eyni mənzərəni Sumqayıtda da müşahidə etmək olar. Bu şəhərdəki ən böyük mağazalardan olan "Ucuz" market və "Karvan" ticarət mərkəzinin yaxınlığında yerləşən digər mağazalarda da bəzi ərzaq məhsullarının qiyməti bahalaşıb. Bahalaşan məhsullar arasında ən çox hiss ediləni yağ və un məhsullarıdır. Məsələn, əvvəllər 11 manat 20 qəpiyə satılan 5 litrlik "Blendo" qarğıdalı yağının qiymətində 35 qəpik artım müşahidə edilir. Bir ay əvvəl 40 qəpiyə satılan Rusiya istehsallı "Makfa" unu isə hazırda alıcılara 50 qəpikdən təklif olunur.

Alıcılar isə bayram ərəfəsində bu cür qiymət artımının gözlənilən olduğunu deyirlər: “Biz artıq belə qiymət artımlarına öyrəşmişik. Çünki bu, ilk belə hal deyil. Bundan əvvəl də hər il bayramlarda istədikləri məhsulların qiymətini artırırdılar. Bunun əziyyətini isə biz çəkirik. Çünki qiymətin artması bizə təsir edir. İstədiyimiz məhsulu ala bilmirik”.

Başqa bir alıcı da qiymətlərin artmasını adi hal kimi qəbul edir: “Qiymətlərin artması məni daha təəccübləndirmir. Bütün bayramlar ərəfəsində məhsulların qiymətini süni olaraq artırırlar. Müşahidə aparsanız görərsiniz ki, daha çox bayram günlərində lazım olan məhsulların qiyməti artırılıb. Amma narahat olmağa dəyməz, yəqin ki, bayramdan sonra yenə qiymətlər azalacaq. Gərək məhsullara elə qiymət qoysunlar ki, hər kəs bayramı ürəyi istəyən kimi keçirə bilsin”.

Qiymətlərin birdən-birə artmadığını, bunun tədricən baş verdiyini bildirən satıcılar isə deyir ki, ucuzlaşan məhsullar da var: “Ümumiyyətlə, qiymət artımı müşahidə olunur. Ona görə də demək olmaz ki, qiymət artımı bayramla əlaqədardır. Mütəmadi olaraq alış-veriş edənlər bunu daha yaxşı bilər. Əsas bahalaşan isə şirniyyat və şirniyyat bişirmək üçün lazım olan ərzaqlardır. Digər məhsullar arasında isə hətta eləsi var ki, qiyməti azalıb”.

Digər satıcı qiymətlərin istehsalçı şirkətlər tərəfindən artırıldığını iddia edir: “Məsələn, əvvəl 100 qramlıq “Berqa” çayı 75 qəpiyə gəlirdi və biz də onun üzərinə 10 qəpik qoyub satırdıq. Amma indi 1 manat 5 qəpiyə gəlir. Ona görə də məcburuq ki, üzərinə 10-15 qəpik qoyub sataq”.

Məsələ ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Trend-ə bildirib ki, təmsil etdiyi qurum mütəmadi olaraq istehlak bazarına nəzarət edir: “Nazirlik müşahidələr, baxışlar, müayinələr yolu ilə istehlak bazarına nəzarəti davam etdirir. Bu nəzarət tədbirləri zamanı ərzaq məhsullarının qiymətində dəyişiklik qeydə alınmayıb”.

Bizi Twitter-dən izləyin: @trend_az

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Anar Məmmədov ticarət mərkəzini satdı - Bütün brend mallar 90 faiz endirimdədir

29 Mart 2017 15:18

Qəzada həlak olan tələbələrin ailələrinə yardım edildi - RƏSMİ AÇIQLAMA

29 Mart 2017 15:12

Bütün səfirliklərin və konsulluqların mühafizəsi gücləndirildi - Ukraynada

29 Mart 2017 15:12

Klan və tayfa dövlətləri yaranacaq, 100 illik müharibələr... YENİ DÜNYA DÜZƏNİ

29 Mart 2017 15:08

Elxan Məmmədov yalan danışırmış

29 Mart 2017 15:07

Fransanın nüfuzlu qəzetində Ermənistanın işğalı ilə bağlı yazı dərc edildi

29 Mart 2017 15:05

Beren Saatla İlker Kalelinin birlikdə çəkiləcəyi film - FOTO

29 Mart 2017 15:05

"Ayaqqabı bağıyla oğlumu özümə bağlayırdım" - "Survivor" iştirakçısından ŞOK AÇIQLAMA - FOTO

29 Mart 2017 15:05

Azərbaycanda yeni yolun görüntüləri - FOTO

29 Mart 2017 15:05

Gələn də dördünü vurur, gedən də...

29 Mart 2017 15:05

Yataq xəstəsi olan azərbaycanlı aşıq əməliyyat olunacaq

29 Mart 2017 15:04

Tanınmış aktyor ikinci dəfə ata oldu

29 Mart 2017 15:03

Gənc qız qazdan zəhərləndi

29 Mart 2017 14:59

"Qarabağ"da Almeyda problemi

29 Mart 2017 14:57

Sənə çəhrayı yaraşır...

29 Mart 2017 14:57

Ukrayna Baş Prokurorluğu: “Azərbaycanlılara qarşı cinayətlər…”

29 Mart 2017 14:53

Atatürkün Azərbaycanla sərhəd olmaq üçün pulla aldığı torpaq - FOTO

29 Mart 2017 14:52

Bankiri Rza Zərrab və İran işinə görə Nyu-York aeroportunda qandalladılar - FOTO

29 Mart 2017 14:52

Sevgilisinə əsəbiləşən azərbaycanlı gəlin namizəd başqa kişi ilə görüşdü – VİDEO

29 Mart 2017 14:48

Rostropoviçin 90 illik yubileyinə həsr olunmuş konsert keçirilib - FOTO

29 Mart 2017 14:47

Neftçala sakini Kürdə boğuldu

29 Mart 2017 14:44

Ermənistanın növbəti Lapşin yalanı - Lukaşenkonu qəzəbləndirəcək sözlər

29 Mart 2017 14:42

Kamil Zeynallı ATV-dən getdi? - FOTO

29 Mart 2017 14:42

Tomas de Valldan mühüm Qarabağ açıqlaması: "Müharibə istəmirlərsə..."

29 Mart 2017 14:42

Oğru qadın tutuldu - Azərbaycanda

29 Mart 2017 14:42

Bakıda 25 yaşlı qadın 14 yaş böyük ərini atıb evdən qaçdı - İKİ UŞAĞIYLA

29 Mart 2017 14:39

Cırtdanlar qəbiləsi tapıldı - Kiçik beyinlərə sahibdilər, çənələri yoxdur - VİDEO

29 Mart 2017 14:38

İlkin Həsəninin şad gününə az qaldı - FOTO

29 Mart 2017 14:37

Həkimin dörd yeni ixtirası

29 Mart 2017 14:37

Sergey Lavrov: "Azərbaycan bizə yardım edib"

29 Mart 2017 14:37

Ronaldo xəbəri aparıcını coşdurdu, hər yeri çöldə qaldı - FOTOLAR

29 Mart 2017 14:37

“Windows” və “Windows Phone” sistemlərinin köhnə versiyalarının dəstəklənməsi dayandırılıb

29 Mart 2017 14:35

İŞİD-in rəhbərləri qaçır

29 Mart 2017 14:33

Musiqili Teatrın aprel repertuarı

29 Mart 2017 14:32

Məşhurların öldükdən sonra çəkilmiş fotoları

29 Mart 2017 14:31

11 ildən sonra gözlənilən ilk transfer

29 Mart 2017 14:27

Sabahdan Rəcəb ayı başlayır

29 Mart 2017 14:27

Kral ailəsi kraliçanın qonağı oldu - FOTO

29 Mart 2017 14:22

Azərbaycanlı rəqqasə: "Boşanandan 2-3 ilə sonra sənətə gəldim" - VİDEO-FOTO

29 Mart 2017 14:19

İnsanı həmişə cavan saxlayan hormonun SİRRİ: mütləq bunları edin!

29 Mart 2017 14:18

Ranyeri: "Şok keçirdim"

29 Mart 2017 14:17

"Aprel döyüşləri Azərbaycan tarixində qızıl hərflərlə yazılan şanlı səhifədir"

29 Mart 2017 14:17

Hələ indi başlayır: Moskva üçün ÖLÜM-DİRİM SAVAŞI

29 Mart 2017 14:13

Azərbaycanda müflis olan bankların taleyinə AYDINLIQ GƏTİRİLDİ

29 Mart 2017 14:12

Aktrisanın hamiləlik FOTOları internetə "sızdı"

29 Mart 2017 14:12

"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənəcəyinə ümid qalmayıb"

29 Mart 2017 14:12

Xərçəngə yoluxma riskini azaldır

29 Mart 2017 14:10

Arda Turan keçmiş sevgilisi ilə barışdı, evlənir - FOTOLENT

29 Mart 2017 14:09

Britaniya Avropa ilə aviarabitəsiz qala bilər – “Brexit”in İLK FƏSADI

29 Mart 2017 14:08

Futbolçunun arvadından federasiyaya ilginc çağrış - FOTO

29 Mart 2017 14:07