Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Monserat Kabalyeyə 6 ay həbs verildi

Monserat Kabalyeyə 6 ay həbs verildi

Date: 15 December 2015 16:51

Məşhur ispan opera müğənnisi Monserrat Kabalyeni həbs etdilər.

ANS PRESS-in məlumatına görə, müğənni dələduzluq faktı ilə həbsxanaya salınıb. Barselona məhkəməsi 82 yaşlı artisti yarım il müddətinə məhkum etməklə yanaşı, onu, həmçinin, cərimələyib.

Sağlamlığı ilə əlaqədar müğənninin özü məhkəmə iclasında olmasa da, lakin evdən video vasitəsilə konfransı izləyən Kabalye dinləmələrin gedişatından razı qaldığını və günahı boynuna aldığını bildirib.

Məhkəmədə artistə dələduzluğa görə 255 min avro (295 min manat) civarında cərimə tətbiq etməklə yanaşı, yarım illik azadlıqdan da məhrum edilməsi ilə bağlı hökm oxunub.

Ötən ilin aprel ayında Barselona prokurorluğu müğənnini 500 mindən çox avro (579 min manat - red.) vergi ödəmədiyinə və bundan boyun qaçırdığına görə, şübhə altına alaraq, xəbərdarlıq edib. İstintaqın məlumatına görə, müğənni Andorrada aldığı qonorarı dövlətdən gizlədib. Bundan başqa, onun İspaniya büdcəsinə vergi ödəməkdən boyun qaçırdığı deyilir.

Müğənni bu ilin yay aylarında da vergidən boyun qaçırdığı üçün 509 min avro (589 min manat - red.) dəyərində cərimələnib. Lakin, bu dəfə prokurorluq həddindən artıq böyük məbləğdə vergidən yayındığına görə məhkəmə keçirilməsini vacib sayıb.


Monserrat Kabalye - Dünya şöhrətli opera ifaçısı


İspaniyalı opera müğənnisi Monserat Kabalye soprano tembri ilə məşhurdur. O həmçinin belkanto texnikası və Puççini, Bellini və Donetsetsinin klassik italiyan operalarında baş rolları ifa etməsi ilə məşhurlaşıb. Karyerası boyunca o ən müxtəlif rollar ifa edib - Pamina, İzolda, Donna, Elvira, Turandot.

Monserrat Kabalye Azərbaycanın işğal altında olan torpaqlarında - Dağlıq Qarabağda konsert proqramilə çıxış etdiyinə görə, "qara siyahı"ya düşüb. O, 2013-cü il iyunun 6-da Gənclər Filarmoniya Orkestri ilə birgə Xankəndində, iyunun 9-da isə Ermənistan paytaxtında konsert verib.

Tags:  Monserat Kabalyeyə ay həbs verildi


RƏYLƏR


Top news