Bakıda məktəblilər arasında "Yol hərəkəti qaydaları və mən" mövzusunda keçirilən yarışa yekun vurulub - FOTO

Bakıda məktəblilər arasında "Yol hərəkəti qaydaları və mən" mövzusunda keçirilən yarışa yekun vurulub - FOTO
16:53 15 Dekabr 2015
27 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ Bakı şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında "Yol hərəkəti qaydaları və mən" mövzusunda keçirilən yarışa yekun vurulub. "Report" xəbər verir ki, beş mərhələdən ibarət olan yarış rus bölmələri üçün 245 nömrəli tam orta məktəbdə, Azərbaycan bölməsi üçün isə 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində baş tutub. Yarışda Bakı şəhər 60, 151, 164, 245, 270 nömrəli və Uniser məktəblərindən 200-ə qədər şagird bilik və bacarıqlarını nümayiş etdirib.
Tədbirdə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru İsa Deystani, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov və Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları iştirak edib.
Yarışın yekun mərhələsində rəsm, musiqi, kompüter təqdimatları, divar qəzetləri və viktorina nominasiyalarında qalib gələn komandalar müəyyənləşib.

Qaliblərə Baş Dövlət Yol Polisi İdarəsinin və Bakı Şəhər Təhsil İdarəsinin diplom və fəxri fərmanları təqdim olunub.











Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/bakida-mektebliler-arasinda-yol-hereketi-qaydalari-ve-men-movzusunda-kecirilen-yarisa-yekun-vurulu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR