Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Milyonlarla Avropa yeniyetməsi sosial şəbəkələrdən istifadədən məhrum ola bilər

Milyonlarla Avropa yeniyetməsi sosial şəbəkələrdən istifadədən məhrum ola bilər

Date: 15 December 2015 17:06

Avropa siyasətçiləri “Fərdi məlumatların mühafizəsi haqqında” qanuna dəyişikliklər etmək təklifi ilə çıxış ediblər. Dəyişikliklərə görə, milyonlarla yeniyetməyə sosial şəbəkələrdən istifadə qadağan oluna bilər.
 
Siyasi xadimlərin fikrincə, gənc insanların sosial şəbəkələrdən istifadə hüququna malik yaş həddi 13 yaşdan 16-dək artırılmalıdır. Yeniyetmələrə ünsiyyət proqramlarına yalnız valideynlərin icazəsi ilə daxil olmağa icazə verilməsi nəzərdə tutulur.
Təklif həm internet istifadəçiləri, həm də uşaqların təhlükəsizliyi üzrə ekspertlər tərəfindən narazılıqla qarşılanıb. Onların qənaətinə görə, bu addım oğlan və qızları qanuna pozmağa sövq edəcək və dünyada baş verən hadisələrdən xəbərdar olmaq imkanından məhrum edəcək.
Yeniyetmələr də Avropa siyasətçilərinin təkliflərinə "Twitter” və “Facebook” kimi saytlarda etirazlarını bildiriblər. Bir neçə qrup fəalı isə siyasətçilərə düzəlişlərə yenidən baxmaq xahişi ilə açıq məktub ünvanlayıb, - “www.gazeta.ru”  yazır.


Tags:  Milyonlarla Avropa yeniyetməsi sosial şəbəkələrdən istifadədən məhrum ola bilər


RƏYLƏR


Top news