Kürdəmir və Bərdə voleybolçuları respublika birinciliyinin finalında iştirak edəcəklər

Kürdəmir və Bərdə voleybolçuları respublika birinciliyinin finalında iştirak edəcəklər
17:08 15 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Yevlax, 15 dekabr, AZƏRTAC
“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Yevlaxda 2000-2001-ci il təvəllüdlü oğlanlardan ibarət komandalar arasında voleybol üzrə respublika birinciliyinin zona mərhələsinin yarışları keçirilib.
AZƏRTAC xəbər verir ki, Yevlax İdman Məktəbində keçirilən yarışda Kürdəmir, Bərdə, Xocavənd, İmişli, Göyçay, Bakı və Ağsu rayonlarının komandaları qalib adı uğrunda mübarizə aparıblar. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Kürdəmir voleybolçuları birinci, Bərdə komandası isə ikinci yerə layiq görülüb. Zona yarışında ilk iki yeri tutan komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.
Sonda qaliblərə kubok və diplomlar təqdim edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kurdemir_ve_Berde_voleybolchulari_respublika_birinciliyinin_finalinda_istirak_edecekler-911436

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR