Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Transformator qəfil alovlandı - FOTO

Transformator qəfil alovlandı - FOTO

Date: 15 December 2015 17:12

Günorta saatlarında Qazaxda yanğın baş verib. Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, 1 beş mərtəbəli binanı və ətrafdakı obyektləri elektrik enerjisi ilə təmin edən 630 kilovatlıq transformator qəfildən alovlanıb. Sakinlər hadisə yerinə yanğınsöndürənləri çağırıblar.

Qazax YMH-nın 1 avtomobili və 10-a yaxın canlı qüvvəsi alovu ram edərək ətrafa yayılmasının qarşısını ala biliblər. Yanğın baş verən transformatordan elektrik enerjisinin obyektlərə və abonentlərin mənzillərinə ötürülməsində fasilə yaranıb. Problemin axşam saatlarına qədər həll edilməsi gözlənilir.    

Milli.Az   
 





Tags:  Transformator qəfil alovlandı FOTO

RƏYLƏR


Top news