"Ana olduqdan sonra bədənim şiş idi, indi yerinə oturub" - FOTO

"Ana olduqdan sonra bədənim şiş idi, indi yerinə oturub" - FOTO
17:17 15 Dekabr 2015
66 Digər
Ölkə mətbuatı
A- A+

Bir əlimdə nəinki iki, üç, dörd, beş qarpız tuturam. Bu da aparıcılığa 3 il fasilə verməyimin nəticəsidir.

Bu sözləri aparıcı Kamilə Babayeva axşam.az-a açıqlamasında deyib.  O, ATV-də yayımlanan "5-ci element" və "Belə yaxşıdır" verilişlərindən bəhs edib:

"Üç illik fasilədən sonra efirə qayıdıramsa, bu cür etməliydim. İki verilişimin olması normaldır. Layihələrimdən biri "Soy" prodakşında hazırlanır. O ailə ilə dostlaşmışam. Oranın üzvlərindən olan Dilarə Əliyeva hədsiz gözəl insandır. İllərlə aktrisalıq edəsən, tanınmış olasan və bu qədər sadə olasan... Onun xoş nəvazişi məni daha da sevindirir. Özümü o layihəsiz təsəvvür etmirəm".

K.Babayeva xeyli arıqladığını bildirib:

"Çox arıqlamışam. Pəhriz saxlamıram, idman etmirəm. Hərdən yayda üzürdüm, rolik sürürdüm. Şirniyyatdan imtina edə bilmərəm. Xüsusi bir üsulum yoxdur. Ana olduqdan sonra bədənim şiş idi. İndi yerinə oturub".

Aparıcı qızı Natellanı mediadan gizlətməsinin səbəbini açıqlayıb:

"Hələ uşaqdır, bir az böyüsün. Şəkil çəkdirmək mənim üçün adi gəlir. Uşaqlığın yaşasın, onu harasa aparıb, şəklini çəkdirməyi xoşlamıram. Övladım mənim qürur mənbəyimdir. Onun hələ bir fəaliyyəti yoxdur ki, onu mediaya çıxardım, tanıdım".

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/390492.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR