Apteklər yeni tələblərlə işləyəcək

Apteklər yeni tələblərlə işləyəcək
17:22 15 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda yeni tələblərə əsasən, apteklər 4 qrup üzrə fəaliyyət göstərəcək.

Səhiyyə Nazirliyinidən Trend-in sorğusuna cavab olarq bildirilib ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yeni rəhbərliyinin göstərişi ilə "Etibarlı Aptek Təcrübəsi" (GPP) və "Etibarlı Distribütor Təcrübəsi" (GDP) tələblərinə istinadən yeni tələblərin hazırlanması üçün məsul şəxslər təyin edilib. Yeni tələblərin hazırlanması üçün "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunu, Ümumdünya Səhiyyə Təşkilatının müvafiq tələbləri, "Etibarlı Aptek Təcrübəsi" (GPP) və "Etibarlı Distribütor Təcrübəsi" (GDP) tələbləri və bir sıra digər ölkələrin bu sahədə olan təcrübələri istifadə edilib.

Aptek müəssisələrinin təsnifatında dəyişikliklər edilib. Mövcud tələblərdən fərqli olaraq, yeni tələblərdə 4 qrup aptek müəssisələri göstəriləcək. Yeni tələblərə əsasən, yalnız 1-ci kateqoriyaya aid olan apteklər həkim resepti əsasında dərmanların hazırlanmasını həyata keçirə biləcək. Daha bir yenilik isə aptek müəssisələrində xəstəliklərin profilaktikasının təbliğatına və erkən simptomların aşkarlanmasına istiqamətlənmiş tədbirlərin keçirilməsi məqsədilə diaqnostik test üsullarından (qanda şəkərin miqdarı, bədən hərarətinin,arterial təzyiqin) istifadə edilməsidir. Hazırlanan yeni qaydalara əsasən, aptek müəssisələri özəl klinikanın və topdan satış əczaçılıq müəssisəsinin nəzdində təşkil olunduqda inzibati-məişət sahələri (anbar otağından başqa) ümumi olmasına yol verilir.

Topdan satış əczaçılıq müəssisələrinin yaradılması və fəaliyyətini tənzimləmək məqsədilə hazırlanan yeni tələblərdə olan yeniliklər isə əczadeponun korroziyaya və kimyəvi təsirlərə davamlı olan xüsusi örtüklü metal konstruksiyalı stellajlarla təchiz edilməsidir. Hazırlanan tələblərə əsasən topdan satış əczaçılıq müəssisəsinin minimal sahəsi 250 m2 olmalı, anbarda dərman preparatlarının saxlanma şəraitinə (temperatur, rütubət, işıqdan qorunma və s.) ciddi riayət edilməlidir.

Həm aptek, həm də topdansatış əczaçılıq müəssisələrində Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş sanitar-epidemioloji və yanğın əleyhinə normalara, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməlidir.

Yeni tələblərin hazırlanması artıq bitmək üzrədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/390491.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR